Rafiq Əzimovun yubileyi qeyd olundu

Rafiq Əzimovun yubileyi qeyd olundu
6 fevral 2023
# 16:00

Xalq artisti Rafiq Əzimovun 85 illik yubileyi qeyd olunub.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Rafiq Əzimovun 85 illik yubileyinə həsr olunan “Natəvan” tamaşası nümayiş olunub. Tamaşadan öncə Rafiq Əzimova Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının təbrik məktubu və Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı təqdim olunub.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnəyə qoyulan eyniadlı yeni yaradıcılıq işi Dövlət sifarişi ilə hazırlanıb. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır. Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay) və Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), əməkdar artist Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruz (Nəvvab), əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal Mustafayev (Zahir bəy), xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), əməkdar artist Mirzə Ağabəyli (Kor kamançaçı), əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kültəvi səhnə) iştirak edir.

Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Tamaşaçı onu müdrik, vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir.

# 4061 dəfə oxunub

Oxşar xəbərlər

İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

10:14 5 noyabr 2026
Türkiyədəki  batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

Türkiyədəki batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

10:10 5 noyabr 2026
Emin Piri:  "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

Emin Piri: "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

10:00 5 noyabr 2026
Builki Qonkur mükafatçısı:  "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

Builki Qonkur mükafatçısı: "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

09:45 5 noyabr 2026
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

09:20 5 noyabr 2026
Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər