Qullar, müharibələr və siyasət

Qullar, müharibələr və siyasət
23 may 2024
# 17:00


Kulis.az hüquqşünas Şamil Paşayevin "Siyasi millətçilik və daha öncə..." adlı yeni yazısını təqdim edir.



Əksər siyasi görüşlər ya Fransa inqilabından (1789-1793) sonra meydana çıxıb, ya da inkişaf edib.
Dünya faktı Fransız inqilabı (French Revolution) kimi qəbul və təqdim edir. Sovet İttifaqı isə bunu Böyük Fransa inqilabı kimi təqdim edib, bizim əbəbiyyatda bu formada işlənir.

Fransız inqilabı “azadlıq, bərabərlik, qardaşlıq” devzi, liberalizm, sosializm və millətçilik qavramlarını yaydı. Modern millətçilik düşüncəsinin siyasi qavram qazanması fransız inqilabının nəticəsi idi. Artıq kralların yetkini Tanrıdan alması fikri dağılmış, ulus dövlətləri yaranmağa, imperiyalar parçalanmağa başlamışdı.

Biz tarixin daha qədim qatlarında da millətçiliyin bənzər təzahürlərini görürük.

Məsələn, antik yunanda yunanca danışmayan hər kəs “barbar” adlandırılırdı. E.ə. V əsrdə Əhəmənli ilə savaşdan sonra “vəhşi və zalım” anlayışları da “barbar”a əlavə məna yükü verdi. Romalılar da yunan və latın dilində danışmayanlara, xüsusilə, german tayfalarına “barbar” deyirdilər.
Aristotelə görə, barbarların kölələşdirilməsi özlərinə də xeyir verərdi. Yunanıstan bir dövlətdə birləşsə, bütün dünyaya hökm edə bilərdi. Amma bu həmişəlik arzu olaraq qaldı, yunan şəhər dövlətləri heç zaman birləşmədi və milli dövlət qura bilmədilər. Yunan şəhər dövlətləri eyni qandan olduqlarını, mədəniyyət və ibadətlərinin ortaq olduğunu bilirdilər, ancaq siyasi millətçilik onlar yad idi. Onlar şəhər dövlətlərinə daha çox bağlı idilər, vətənpərvərlik şəhər dövlətinə səqadətlə ölçülürdü və bu şəhər dövlətləri qorumaq üçün öz aralarında döyüşürdülər.

Yunanlar Əhəmənilərlə olan müharibələrdə birləşsələr də, bu ortaq düşmənə qarşı mübarizə marağından o yana keçə bilmədi. Mübarizənin alovlandırdığı vətənsevərlik duyğusu zamanla bitdi.

Yeri gəlmişkən, müharibələr millətləşmə yolunda xüsusi “iksir”dir.

Afinalılara görə, Attika yarımadasında danışılmayan dil, yunan ləhcəsi də olsa, “barbarcadır”. Onlar ata və ana tərəfdən saf afinalı olduqlarına inanır və bununla qürur duyurdular. Aristotel Afina qanununda siyasi hüquqların ancaq ana və atası vətəndaş olan uşaqlara verilə biləcəyini yazırdı. Evliliklər ancaq Afina vətəndaşları ilə olduqda hüquqi idi.
Qeyd edim ki, oxşar qaydalar hazırda bir neçə ərəb ölkəsində tətbiq edilir.

Yunanların bu irqçi düşüncəsinə ilk protest e.ə V əsrdə sofistlər tərəfindən gəldi. Sofistlər bütün insanların doğuşdan bərabər təbii hüquqlara sahib olduğun elan edirdilər: Heç kəs qul doğulmur, hamı bərabərdir, insanların bacarıqlarına görə vəziyyəti fərqləndirilə bilərdi.

(XXI əsrdir, hələ də bu düşüncəyə çatmayan toplumlar var)

İşin paradoksal tərəfi həm də o idi ki, yunanların özlərini hər kəsdən ali görmə fikrini darmadağın edən İsgəndər də yunan Aristotelin tələbəsi idi.
İsgəndərin fəthlərlə (işğallarla) yaydığı “ellinizm” yunanlıların istəyi ilə tərs mütənasib idi.

Ellinizim (bir çox dildə Hellinizm kimi qeyd olunur) mədəniyyəti yunan dünyagörüşü, fəlsəfəsi və elminin İsgəndərin fəth etdiyi Şərq ölkələrinin mədəniyyətləri ilə qarışması idi. Makedoniyalıların böyük ərazilər və xalqları istila etməsindən sonra müxtəlif mədəniyyətlərin inteqrasiyası gücləndi.

Elinizmi mənimsəyən hər kəs yunanlı sayılırdı. Artıq söhbət qan bağından getmirdi. Ellinizm irqi düşüncədən kültürəl düşüncəyə keçid idi. Bu düşüncənin daşıyıcıları barbar hesab edilmirdi. Yunan mədəniyyətini daşıyan aydınların dili artıq yunanca idi.
Beləliklə, “Qərb dəyərləri və mədəniyyəti” yunan və yəhudi düşüncəsinin əsasında emal edilib...

ardı var...

# 3683 dəfə oxunub

Oxşar xəbərlər

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir – Tarix və məkan açıqlandı

Kinematoqrafçılar İttifaqına yeni sədr seçilir – Tarix və məkan açıqlandı

18:14 21 may 2026
WUF13-ün balaca qonaqları - Fotolent

WUF13-ün balaca qonaqları - Fotolent

17:20 21 may 2026
Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açdı

Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açdı

17:06 21 may 2026
Azərbaycan rəssamlığında sərt realizmin  yaradıcısı  - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

Azərbaycan rəssamlığında sərt realizmin yaradıcısı - Onun tablolarında qara və qırmızı rəng nəyi ifadə edir?

15:00 21 may 2026
Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"

Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"

13:10 21 may 2026
Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

12:40 21 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər