“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu
24 aprel 2024
# 17:00

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrini təqdim edib.

Kulis.az xəbər verir ki, universitetin Özbək dili və ədəbiyyatı fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən dekan Firuzə Bərxanova “Qılınc və qələm” romanının özbək dilində tərcüməsi və nəşrinin ədəbiyyatşünaslıq üçün böyük bir hadisə olduğunu qeyd edib. O, Özbək dili və ədəbiyyatı fakültəsi tələbələrinin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiklərini vurğulayaraq romanın özbək dilində nəşrinin müəllim və tələbələr üçün çox dəyərli bir əyani vəsait olacağını diqqətə çatdırıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən, bu istiqamətdə Mərkəzin reallaşdırdığı layihələrdən danışıb.

Klassik Azərbaycan ədəbiyyatının görkəmli simalarından bəhs edən “Qılınc və qələm” romanının böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında ən dəyərli bədii mənbə olduğunu vurğulayan Qurdoş Qəhrəmanov əsərin özbək oxucular tərəfindən böyük maraqla qarşılanacağını deyib.

Universitetinin dosenti Davron Qodirov çıxışında tarixi romanın Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.

Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbək dili və ədəbiyyatı fakültəsinin dosenti Mahbuba Orozbayeva isə məruzəsində M.S.Ordubadi və roman barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Tədbirin sonunda universitetin tələbələri tərəfindən Azərbaycan klassiklərinə aid poeziya nümunələri səsləndirilib.

Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri – Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi isə özbək alim Abdulla Uluqovdur.

Qeyd edək ki, özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına paylanması nəzərdə tutulub.

# 2805 dəfə oxunub

Oxşar xəbərlər

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər