Ukraynalı rəssamlar niyə "Rusiya rəssamı" kimi təqdim olunur?

Ukraynalı rəssamlar niyə "Rusiya rəssamı"  kimi təqdim olunur?
8 sentyabr 2025
# 12:50

Qərb muzeylərində ukraynalı sənətçilərin “mədəni silinmə"sinə qarşı mübarizə davam edir.

Kulis.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ukraynalı sənətçilərin əsərləri Qərb muzeylərində tez-tez “rus əsərləri” kimi yanlış etiketlərlə nümayiş etdirilir.

“Shadows Project” təşkilatı “Oğurlanmış incəsənət” kampaniyası ilə bu yanlışı düzəltmək və Rusiyanın mədəni silinmə cəhdlərinə diqqət çəkmək məqsədi daşıyır.

Nyu-Yorkdakı "MoMA", Parisdəki "Centre Pompidou" və Londondakı "Tate Modern" kimi nüfuzlu muzeylərdə hələ də Kazımır Maleviç, Aleksandra Ekster və Vladimir Tatlin kimi ukraynalı sənətkarlar “rus” kimi təqdim olunur.

Aktivistlər bu yanlış təqdimatları Rusiya imperializminin mədəni təzyiqinin davamı hesab edir.

Kampaniya iyuldan bəri 500 mindən çox insana çatıb və bəzi muzeylər etiketləri yeniləməyi qəbul edib.

Qeyd edək ki, “Mədəniyyətimizi qorumaq, kimliyimizi qorumaqdır” deyən aktivistlər Ukrayna mədəniyyətinin dünya səhnəsində doğru şəkildə tanıdılması üçün mübarizəni davam etdirir.

# 170 dəfə oxunub

Oxşar xəbərlər

“MFÖ-dən böyük sürpriz! İllər sonra ilk dəfə...

“MFÖ-dən böyük sürpriz! İllər sonra ilk dəfə...

17:50 8 sentyabr 2025
Qalada əncir festivalı keçirilib

Qalada əncir festivalı keçirilib

17:37 8 sentyabr 2025
Əfsanəvi Şafrazi illər sonra sənətə qayıtdı

Əfsanəvi Şafrazi illər sonra sənətə qayıtdı

17:21 8 sentyabr 2025
Riki Martinə tarixi mükafat  verildi

Riki Martinə tarixi mükafat verildi

16:45 8 sentyabr 2025
Üzeyir Hacıbəyliyə həsr olunmuş müsabiqə başa çatdı

Üzeyir Hacıbəyliyə həsr olunmuş müsabiqə başa çatdı

15:55 8 sentyabr 2025
"Game of Thrones" aktyoru dünya rekordu qırdı

"Game of Thrones" aktyoru dünya rekordu qırdı

15:30 8 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər