Özbəkistanda Novruz bayramına həsr olunmuş tədbir keçirildi

Özbəkistanda Novruz bayramına həsr olunmuş tədbir keçirildi
18 mart 2024
# 15:00

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblı bayram tonqalının ətrafında xalq rəqsimiz “Yallı”nı ifa ediblər.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqları Novruz bayramı münasibətilə təbrik edərək deyib: “Novruz bayramı Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan xalqının mədəniyyət abidəsi kimi formalaşan bu bayram öz əlamətdar xüsusiyyətlərinə görə fərqlənir. Milli dəyərləri, yaşam tərzini, mədəniyyət və sənətimizi özündə əks etdirən Novruz bayramı hər il yüksək səviyyədə keçirilir. Ümummilli Lider Heydər Əliyev adət-ənənələrə, o cümlədən Novruz bayramına hər zaman xüsusi önəm verib. Həmçinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması və inkişafı siyasəti uğurla həyata keçirilir”.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Ali Məclisinin deputatı Gülbaxor Saiddqaniyeva çıxışlarında ortaq tarix, mənəvi köklər, dəyərlər və zəngin mədəniyyətin təcəssüm etdiyi Novruz bayramını xalqlarımızın yaxınlığının da göstəricisi olduğunu qeyd ediblər.

Sonra Novruz ilə əlaqədar videomaterial nümayiş olunub.

Qeyd edək ki, tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində “Kaykeb Əliyeva adına rəqs ansamblı” çıxış edib, Rəna Əzizova, Olima Mahmudova və saz ustası İlham Abdullayevin ifasında Azərbaycan və özbək mahnıları səsləndirilib.

# 2336 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

16:55 19 sentyabr 2026
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

16:45 19 sentyabr 2026
Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

15:00 19 sentyabr 2026
Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

14:30 19 sentyabr 2026
"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

14:10 19 sentyabr 2026
"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

14:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər