"Orda bir kənd var uzaqda" - Ədil Arifoğluna ithaf

"Orda bir kənd var uzaqda" - Ədil Arifoğluna ithaf
5 avqust 2024
# 17:11

Kulis.az Xəyal Bayramlının "Orda bir kənd var, uzaqda" yazısını təqdim edir.

1993-cü il. "Harda döyüş, orda mən" devizinə sadiqdir yenə bizim Ədil bəy. Qubadlının Ermənistanla sərhəddə yerləşən Zor kəndində çəkiliş aparırıq.

Büsat yoxdur deyə, musiqi sədasından uzağıq, sanma. Güllə səsləri daim qulağımızdadır. Kəndin kişiləri əldə olan silah nə varsa, onunla da vuruşur. Silah yenə də çatışmır. Döyüşçü müsahibimiz gör nə gözəl söyləyir: "Hər şey - torpaq da, daş da, qaya da millətin ruhunun yüksəlişinə xidmət etməlidir".

Musa Yaqubun şeirindən bu misralar yadıma düşür:

"Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm, bir ovuc torpağım artsın!"

İrəli addımlayırıq. Oğlanlı-qızlı xeyli uşağın gözləri yolumuza dikilib. Bizi görcək bir ağızdan oxuyurlar:

"Boş oturma, çalış, - dedi, -
Xidmət eylə Vətənə.
Südüm sənə halal olmaz,
Sən baş əysən düşmənə".

Ermənistanla sərhəddə yerləşən bu kənddə uşaqların ürəyi böyüklərinkindən də böyükdür. Gözləri sevgi atəşilə qovrulmaqdadır bu çocuqların. Ən kiçikləri Amil Bayramovla bu yaxınlarda sosial şəbəkədə dostlaşdıq. Mütləq ki, üzbəüz görüşümüzdə həmin an onun hansı hisslər keçirdiyini ondan soruşacam.

O vaxtdan gör nə qədər ötüb, Ədil bəy. Sizin yorğanınız qar olacaq bu qış. Bilirəm ki, soyuq daş da insana isti münasibətinizi soyudan deyil.
- Ay Xəyal, Dünyamalıyev Famil sağdırmı?
- Sağdır, bəy.
- Yadındamı, gənc bir döyüşçü vardı. Biz əsgərlərin üzünü çəkirik, birdən bu sağa baxdı.
- Yadımdadır, bəy. Nuru Səfərovu deyirsən. Onun oğlu da Suqovuşanda zəfər çalan ordunun bir üzvü idi.
- İllər nə tez ötüb, Xəyal.
- Ora soyuqdurmu, bəy?
- Ə, mən Ədiləm. Nə soyuq, nə isti. Snayperlə vurulan mən idim, özünü itirən sən, ay ehtiyatlı igid.
- Ehtiyat igidin yaraşığıdır, bəy.
- Zorda yenə qatı dumandırmı?
- Seyrəkləşib, bəy. Ümid gəncliyədir. Qovacağıq yolumuzdan bu duman topasını.

# 2308 dəfə oxunub

Oxşar xəbərlər

Koreyanın zəngin mədəniyyəti  Britaniya Muzeyində

Koreyanın zəngin mədəniyyəti Britaniya Muzeyində

11:00 3 oktyabr 2026
Məşhur filosof vəfat etdi

Məşhur filosof vəfat etdi

10:40 3 oktyabr 2026
Yusif Nəğməkarın yaradıcılığı "Türkay" dərgisində

Yusif Nəğməkarın yaradıcılığı "Türkay" dərgisində

10:10 3 oktyabr 2026
Məliküş-şüəralıqdan qaranlıq zindana... - Ustadının xəyanəti və Xaqani Şirvanini həbsdə saxlayan sirr

Məliküş-şüəralıqdan qaranlıq zindana... - Ustadının xəyanəti və Xaqani Şirvanini həbsdə saxlayan sirr

10:00 3 oktyabr 2026
Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

Türkiyədə muzeylərə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq

18:00 2 oktyabr 2026
Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

Gürcüstan azərbaycanlısı dünya dəbinin ən nüfuzlu simalarının siyahısında

17:15 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər