“Öldürdüyün şeylər” filmi Oskara namizəd göstərildi

“Öldürdüyün şeylər” filmi Oskara namizəd göstərildi
28 avqust 2025
# 18:02

Baş rollarında tanınmış aktyorlar Ekin Koç, Hazar Ergüçlü, Ercan Kesal və Erkan Kolçak Köstendil-in yer aldığı, İran əsilli kanadalı rejissor Alireza Xətəminin “Öldürdüyün şeylər” adlı filmi 2026-cı il Oskar mükafatlarında “Beynəlxalq film” kateqoriyası üzrə Kanadanın rəsmi namizədi seçilib.

Kulis.az xəbər verir ki, filmin bir hissəsi Türkiyənin Niğdə və Kapadokya bölgələrində çəkilib. Ekran əsərində, anasının ölümünün intiqamını almağa çalışan və atası ilə münasibətləri gərgin olan bir kişinin hekayəsi əks olunur.

Kanadanın "Telefilm Canada" qurumu tərəfindən rəsmi olaraq Oskar mükafatına təqdim edilən bu ortaq filmin prodüser heyətinə Alireza Xətəmi ilə yanaşı Elisa Sepulveda Ruddoff, Kiriak Auriol, Marius Vlodarsk və Maykl Solomon da daxildir.

Qeyd edək ki, “Öldürdüyün şeylər” 2025-ci ildə keçirilmiş prestijli "Sundance" Film Festivalında ilk dəfə nümayiş olunub və festivalın mükafatına layiq görülüb.

# 1298 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər