Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz – Maraqlı faktlar

Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz –  Maraqlı faktlar
2 iyun 2023
# 21:00

Kulis.az mərhum müğənni Xeyransa Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Xeyransa Məmmədova 1966-cı ilin 26 noyabrında kasıb bir ailənin 9-cu övladı olaraq dünyaya gəlib.

***

Uşaq vaxtı həyətlərində oynayanda qəfil üstünə it cumur. Xeyransa keçirtdiyi qorxunun təsirindən şəkər xəstəliyinə tutulur.

***

Gallery

İlk dəfə böyük səhnəyə 1980-ci ildə, 14 yaşında çıxıb.

***

Lenin sarayında (indiki Heydər Əliyev Sarayı) rəsmi tədbirdə Cahangir Cahangirovun “Ana Kür” mahnısını ifa edir. Tədbirdən sonra Heydər Əliyev səhnə arxasına keçərək balaca qızcığazın kimliyi ilə maraqlanır, xəstəliyini biləndən sonra müalicəsinə göstəriş verir. Bu hadisə Xeyransaya daha da məşhurluq gətirir.

***

Xeyransa Məmmədova dörd il dalbadal “Oxu tar...” müsabiqəsinin, məktəblilərin Zaqafqaziya festivalının laureatı olub.

Gallery

***

“Ana Kür” mahnısı ifa edəndən sonra hər dəfə o qədər alqışlanırdı ki, hətta Xalq artistləri onu qısqanırdı.

***

Dahi Niyazinin qəlbinə yol tapan, Xeyransa Məmmədova maestronun onu övladlığa götürmək təklifinə: “Mən sizi çox sevirəm, amma evimiz üçün darıxaram axı” cavabını verib.

***

Boş vaxtlarında pianoda, qarmonda, nağarada müxtəlif mahnıların oynaq ritmlərini çalmağı xoşlayırdı.

***

“Azkonsert”də sürücü işləyən gənclə ailə həyatı quran müğənninin həkimlər övlad dünyaya gətirməsinə qətiyyən icazə vermirdilər.

Gallery

***

Son müsahibəsində: “Görəsən, qorxulu yuxularıma nə vaxt son qoyulacaq. Elə hey şirin yuxu görmək istəyirəm. Ancaq qorxulu, dəhşətli yuxular görürəm... Çox yox, kaş 50 il yaşayaydım, planlarımı həyata keçirə biləydim. İstəyirəm ki, əvvəli xoşbəxtlik, uğur olan sənət addımım bədbəxt sonluqla bitməsin” deyib.

***

Həkimlərin qadağalarına rəğmən beş dəfə hamilə qalan müğənni hamiləliyini sonlandıra bilmir. Uşaqlar tələf olur. 1995- ci ildə ildə 5-cı dəfə övlad dünyaya gətirən Xeyransa Məmmədova doğuş zamanı dünyasını dəyişir.

# 16105 dəfə oxunub

Oxşar xəbərlər

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

Pompei Arxeoloji Parkının pişikləri haqqında yeni foto-kitab

13:00 17 oktyabr 2026
Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər