Nazirlik: Uşaq İncəsənət Festivalına 27 minə yaxın iştirakçı cəlb edilib

Nazirlik:  Uşaq İncəsənət Festivalına 27 minə yaxın iştirakçı cəlb edilib
13 noyabr 2023
# 12:10

Uşaq İncəsənət Festivalı 27000-ə yaxın iştirakçının cəlb olunduğu bir festival idi, bu da müstəqillik dövrümüzün ən böyük festivallardan biri olduğunu ifadə edir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən Uşaq İncəsənət Festivalının yekunlarına dair mətbuat konfransında deyib.

Nazirliyin sözçüsü qeyd edib ki, sözügedən müraciətlər sayəsində əldə olunan ümumi məlumat onlar üçün böyük bir baza deməkdir: "Festival 21 nominasiya üzrə həyata keçirildi və qeydiyyat Bakı və regionlarda paralel aparılıb".

Aynur Kərimova işğaldan azad olunmuş ərazilərdə - Zəngilanın Ağalı kəndində bu cür festivalın təşkilinin də çox önəmli faktor olduğunu əlavə edib: "Həmçinin Laçın şəhəri günündə də festivalın böyük bir stendi var idi ki, orada uşaqlar özfəaliyyətlərini nümayiş etdirdilər. Qaliblər artıq məlumdur. Ümid edirik ki, bu festival onların yaddaşından silinməyəcək".

# 3114 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər