Müğənni Sivva: "Qadının ağlı emosiyalarına qalib gəlməlidir" - Video

Müğənni Sivva:  "Qadının ağlı emosiyalarına qalib gəlməlidir" - Video
25 may 2023
# 16:02

Bir çox məşhur mahnıların bəstəkarı, müğənni Sivva (Sevinc Ağasıyeva) "Bu sənmisən" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.

Kulis.az xəbər verir ki, bəstənin söz və musiqisi İsmayıl Əliyev, aranjimanı Camal Qurbanova aiddir. Klipin rejissor işi Emin Muradova həvalə edilib. Sivva ekran işindəki rəqsi ilə diqqət çəkib.

O bildirib ki, klipi izləyənlərin bir çoxu rəqsi onun etdiyini bilməyib:

"Bu rəqsə qısa müddətdə hazırlaşdım. Hələ orada tam olaraq göstərə bilmədim. 1 ay ərzində iki xareoqrafla çalışdım. İlk dəfədir başqa bəstəkardan mahnı götürdüm. Beş-altı mahnı içərisindən seçdim. Oxuyanda hiss etdim ki, bəstəyə aşiqəm. Dinləyəndə artıq rəqs təsəvvürümdə yaranmışdı. Bütün komandam hər şeyi təşkil etdi. Bunun üçün peşəkar ayaqqabı da aldıq. Amma yağışda onunla rəqs etmək çətin idi. Səhərə qədər tərəf müqabilim Kamil Bayramovla suyun altında əsirdik, hətta ayağım sürüşürdü. Amma nəticə yaxşı oldu. Çoxları şlyapamı da bəyənib. Oradakı saçaqlar da yağışı əks etdirir. Obraz olaraq sevgilimi görmək istəmirəm. Klipin içində ehtiras da, göz yaşı da, təəssüf hissi də, sevgi də var".

Sivva bildirib ki, mahnıda qadınlara mesaj göndərib:

"Mesaj göndərirəm ki, emosiyalarına qalib gəlib, hisslərini idarə etsinlər. Ətrafımda o qədər xanım var ki, oğlan gedir, qayıdanda onu bağışlayırlar. Hisslərinizə qapanıb, iki, üç dəfə səhv etməyin. Burada göstərmişəm ki, bir qadının ağlı emosiyalarına qalib gəlir".

# 2492 dəfə oxunub

Oxşar xəbərlər

Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

16:00 2 noyabr 2026
"Şimal qadınları və ezoterizm"  adlı sərgi açıldı

"Şimal qadınları və ezoterizm" adlı sərgi açıldı

15:30 2 noyabr 2026
Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

15:00 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər