Məşhur aktyor azadlığa çıxdı

Məşhur aktyor azadlığa çıxdı
10 aprel 2025
# 09:10

Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar bilinərək həbs edilən rusiyanın Əməkdar artisti Mixail Yefremov şərti azadlığa buraxılıb.

Kulis.az xəbər verir ki, məhkəmə qərarına əsasən, Yefremov hər ay tənzimləyici orqana məlumat verməli və yaşayış yerini dəyişməməlidir.

Şərti azadlığa səbəb Yefremovun səhhətinin pisləşməsi olub. Aktyorun vəkili bildirib ki, onun ilk addımı xroniki obstruktiv ağciyər xəstəliyindən müalicə almaq olacaq.

Sonuncu məhkəmə iclasında aktyor bir daha içki içməyəcəyini və maşın sürməyəcəyini bildirib. Ümumilikdə Yefremov 8 illik cəzasının 4,5 ilini həbsdə çəkib.

Qeyd edək ki. 8 iyun 2020-ci ildə Yefremovun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində kuryer Sergey Zaxarov dünyasını dəyişib.

# 319 dəfə oxunub

Oxşar xəbərlər

Ruslan Şahmalıyev Rusiyada vəfat etdi

Ruslan Şahmalıyev Rusiyada vəfat etdi

21:57 17 aprel 2025
"Başını kəsmə, boşa!" – 33 yaşlı Xumarı niyə öldürdülər?

"Başını kəsmə, boşa!" – 33 yaşlı Xumarı niyə öldürdülər?

18:35 17 aprel 2025
“Kasıbdırsa, səhvi də bağışlanar” - Günahkar kimi düşən, qəhrəman kimi qalxan sürücü

“Kasıbdırsa, səhvi də bağışlanar” - Günahkar kimi düşən, qəhrəman kimi qalxan sürücü

18:20 17 aprel 2025
Van Damm Putinə müraciət etdi

Van Damm Putinə müraciət etdi

17:55 17 aprel 2025
"Aliye"nin aktyorları 20 ildən sonra eyni serialda

"Aliye"nin aktyorları 20 ildən sonra eyni serialda

16:50 17 aprel 2025
Emmi Mükafatlarının aparıcısı bəlli olub

Emmi Mükafatlarının aparıcısı bəlli olub

16:40 17 aprel 2025
# # #