Misirdə “Azərbaycanı kəşf et” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Misirdə “Azərbaycanı kəşf et”  müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 mart 2024
# 16:40

Misirdə “Azərbaycanı kəşf et” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Misirdəki Azərbaycan diasporundan AZƏRTAC-a bildirilib ki, Qahirənin Fəhmi Paşa Sarayında Ramazan ab-havasında keçirilən mükafatlandırma mərasimində ölkəmizin Misirdəki səfiri Elxan Poluxov, Türkiyənin Misirdəki səfiri Salih Mutlu Şen, habelə Pakistan, Özbəkistan, Qananın diplomatları, Misir hökumətinin və parlamentinin nümayəndələri, alimlər və jurnalistlər iştirak ediblər. Tədbirə qatılanlar arasında BMT-nin xoşməramlı elçisi, Misirin məşhur müğənnisi Yüsra da olub.

Qahirədə yaşayan soydaşımız Sədaqət Qəhrəmanovanın təşəbbüsü ilə keçirilən müsabiqənin əsas məqsədi Misir vətəndaşlarını Azərbaycan mədəniyyəti ilə tanış etmək, xalqımızın milli mədəniyyətinin təbliğidir. Müxtəlif yaş qruplarından olan iştirakçılar rəsm, poeziya, qısametrajlı film və musiqi sahələrində Azərbaycana həsr etdikləri işlərini təqdim ediblər.

Mərasimdə çıxış edən səfir E.Poluxov qalibləri təbrik edib. O vurğulayıb ki, builki müsabiqə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunub.

Müsabiqənin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Mərasimdən sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.

Azərtac

# 2141 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər