Milli Teatrda "Ulu Öndər - 101" mükafatlandırma mərasimi baş tutdu

Milli Teatrda "Ulu Öndər - 101"  mükafatlandırma mərasimi baş tutdu
10 may 2024
# 16:00

Akademik Milli Dram Teatrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 101 illiyi münasibətilə teatr xadimlərinin mükafatlandırılması mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, teatrın Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və professor Məryəm Əlizadə Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, teatr sənətinə, xüsusən Akademik Milli Dram Teatrına olan böyük diqqət və qayğısından danışıblar.

Qeyd olunub ki, ulu öndər tamaşalardan sonra yaradıcı heyətlə görüşər, əsəri və tamaşanı müzakirə edər, öz tövsiyə və tapşırıqlarını verərdi.

Ümummilli liderin teatr ocaqlarına gəlişi teatr kollektivlərini yeni-yeni yaradıcılığa səsləmiş, teatrlarımızın repertuarları zənginləşmiş və yeniləşmiş, klassiklərin əsərlərinin yozumuna müasir baxış qüvvətlənmişdir.

Tədbirdə daha sonra “Milli Teatr Mükafatı”, “Qızıl pərdə” və “Yubiley” mükafatları təqdim olunub. “Milli Teatr Mükafatı” 80 illik yubileyi münasibətilə xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova, 70 illik yubileyi münasibətilə xalq artisti Şükufə Yusupovaya, teatr sənətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti Əli Nura və xalq artisti Kazım Abdullayevə təqdim edilib.

Akademik Milli Dram Teatrı tərəfindən yeni təsis olunan “Qızıl pərdə” mükafatı 65 illik yubileyləri münasibətilə xalq artistləri Bəsti Cəfərova və Firəngiz Mütəllimovaya, Milli Teatrın inkişafındakı xidmətlərinə görə xalq artisti Zemfira Nərimanovaya, Əməkdar artistlər Hicran Nəsirova və Elxan Quliyevə təqdim edilib.

Akademik Milli Dram Teatrında səmərəli fəaliyyət göstərən və yubiley yaşı tamam olan teatrın əməkdaşları üçün təsis olunan “Yubiley” mükafatı teatrın direktor müavini Hacıbaba Məmmədova, əməkdar artistlər Aslan Şirinə və Kazım Həsənquliyevə, aktrisa Dilarə Nəzərovaya və rejissor assistenti Dilbər İsmayılovaya təqdim edilib.

Mükafata layiq görülənlər ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, diqqət üçün Mədəniyyət Nazirliyinə və teatr rəhbərliyinə təşəkkürlərini bildiriblər.

# 1884 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər