"Mənə dedilər ki, onun yasına getmə" - Elşad Miri Hacı Şahin haqqında

"Mənə dedilər ki, onun yasına getmə" - Elşad Miri Hacı Şahin haqqında
17 fevral 2025
# 18:39

"Hacı Şahin deyirdi ki, bəzi din adamlarına qulaq asmaqdansa, Elşad Miriyə qulaq asın..."

Bu sözləri ilahiyyatçı Elşad Miri "Kulis"ə müsahibəsində deyib.

İlahiyyatçının sözlərinə görə, onların münasibəti yaxşı olub, üstəlik yazışıblar da:

"Yaxşı münasibətimiz, yazışmalarımız da olub. Sadəcə, bunu ictimailəşdirməmişik. Hacı Şahin deyirdi ki, bəzi din adamlarına qulaq asmaqdansa, Elşad Miriyə qulaq asın...."


Çox xoş qarşıladılar. Qardaşına başsağlığı dilədim...

Elşad Miri Hacı Şahinin dəfn mərasimində də iştirak etdiyini qeyd edib.

"Xəbəri eşidəndən sonra mənim ailə dostlarımdan biri onun yasına getdi. Dəfndə iştirak elədi, cənazəsinin altına da girdi. Sonra mən getmək istəyəndə dedilər ki, Elşad, getməyək, kütlə səhv başa düşər. Ancaq mən dözə bilmədim. Heç kimə demədən Hacı Şahinin üçündə iştirak elədim. Çox xoş qarşıladılar. Qardaşına başsağlığı dilədim..."


İlahiyyatçı bildirib ki, məzhəblərarası mübarizədən əl götürmək, şeytanla birgə mübarizə aparmaq lazımdır.

"Bu gün sələfi dostlarımız da fərqli təqdimatla məşğuldurlar. Təhqiramiz ifadələr işlədirlər, təhdid eləyirlər. Amma onlar da mənim qardaşlarım, bacılarımdır. Biz bir-birimizlə yox, şeytanla mübarizə aparmalıyıq.

Hacı Şahin 48 yaşında dünyasını dəyişdi. Mənim nə qədər yaşayacağım bəlli deyil.

Biri video çəkib demişdi ki, onu yolda görsəm, salam vermərəm. Sonra mən onu aeroportda gördüm, salam verdim, özünü itirdi, salamlaşdı..."

# 6079 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər