“Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olacaq

“Məhmət Akif Ərsoy. Seçmə şeirlər”  kitabının təqdimatı olacaq
6 dekabr 2023
# 12:20

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhmət Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə seçmə şeirlərindən ibarət kitabın təqdimatı olacaq.

Kulis.az xəbər verir ki, TÜRKSOY-un Azərbaycan dilində nəşr etdiyi “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək.

Tədbirdə eyni zamanda “Şərəf” və “TÜRKSOY-un 30 illiyi” medalları təqdim ediləcək.

Qeyd edək ki, Məhmət Akif Ərsoy Türkiyənin Dövlət Himni-İstiqlal Marşının müəllifidir. 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisinin kürsüsündə oxunan şeir Mustafa Kamal Atatürkün “Bu marş bizim inqilabımızın ruhunu anladır” sözləri ilə qəbul edilib. Sonra marşın sözləri ingilis, alman, fransız, macar və fars dillərinə tərcümə olunaraq ölkə daxilində və xaricində dərc edilib.

İstiqlal Marşının yazılması üçün Məhmət Akifə 500 lirə mükafat verilib, şair həmin məbləği yoxsul qadın və uşaqlara iş öyrədən “Darülmesai” qurumuna bağışlayıb.

Bir zaman müxtəlif musiqilərlə ifa edilən marşa Türkiyənin tanınmış bəstəkarı Osman Zeki Üngör tərəfindən çağdaş himnə yaraşan musiqi bəstələnib.

# 3083 dəfə oxunub

Oxşar xəbərlər

Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edildi

Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edildi

14:00 20 oktyabr 2026
Azərbaycanın “Qarabağ xalçası”  Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasında

Azərbaycanın “Qarabağ xalçası” Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasında

13:30 20 oktyabr 2026
Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

13:00 20 oktyabr 2026
Miri Rəsulzadənin yeni kitabı çap olundu

Miri Rəsulzadənin yeni kitabı çap olundu

12:59 20 oktyabr 2026
Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

12:53 20 oktyabr 2026
Atatürkün  "Nutuk"u 8 xarici dildə nəşr olundu

Atatürkün "Nutuk"u 8 xarici dildə nəşr olundu

12:40 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər