Mədəniyyət Nazirliyi ittihamlara cavab verdi

Mədəniyyət Nazirliyi ittihamlara cavab verdi
13 may 2022
# 15:40

”Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Salnaməfilm” studiyasında dövlət sifarişi ilə istehsal olunan “Qarın Qulu” tammetrajlı animasiya filmi layihəsi ilə bağlı bir sıra KİV-lərdə həqiqəti əks etdirməyən qərəzli yazılar dərc olunub. Sözügedən yazılarda Nazirlik tərəfindən satınalma prosedurlarının pozulması əsassız olaraq irad tutulur”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

“Bununla bağlı bildirmək istəyirik ki, “Dövlət satınalmaları haqqında” 27 dekabr 2001-ci il tarixli 245-IIQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən satınalma prosedurları satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərə (podratçılara) şamil edilmədiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2014-cü il tarixli 196 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda yer alan dövlət studiyalarına satınalma müsabiqəsi tətbiq olunmur.

Eyni zamanda qeyd etmək istəyirik ki, Azərbaycan kinosunun inkişaf etdirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına “Mədəniyyət haqqında” 21 dekabr 2012-ci il tarixli 506-IVQ nömrəli Azərbaycan Respublikası Qanununun 45.3-cü və “Kinematoqrafiya haqqında” 3 iyul 1998-ci il tarixli 515-IQ nömrəli Azərbaycan Respublikası Qanununun isə 3-cü maddəsinə əsasən Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı həyata keçirilir.

Beləliklə, “Qarın Qulu” layihəsinin icrası tamamilə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə bu kimi məlumatlar ictimaiyyətə təqdim olunarkən müvafiq araşdırma aparıldıqdan sonra dərc olunmasını tövsiyə edirik”, - məlumatda deyilir.

Qeyd edək ki, mətbuatda gedən məlumatlarda Mədəniyyət Nazirliyinin “Qarın Qulu” animasiya layihəsinin sifarişinin tender keçirilmədən baş tutduğu vurğulanıb.

# 3051 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər