"Teatr işçiləri və digər mədəniyyət sahələrində çalışanların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün müvafiq qurumlarla danışıqlar aparırıq".
Kulis.az xəbər verir ki, bunu APA-ya Mədəniyyət naziri Adil Kərimli bildirib.
"Xüsusən sosial mənzillərin əldə edilməsi mexanizmlərindən yararlanılmasına çalışacağıq. Bunun üçün xüsusi şərtlərin mövcud olması da müzakirə mövzusudur. Məsələn, sosial mənzillərlə bağlı növbəlilik qaydası var. Gələcəkdə xüsusi mənzillərin təqdim edilməsi ilə bağlı mexanizm mövcud olarsa, onlardan da istifadə etməyi düşünürük".