“Mauqli” tamaşasının premyerası olacaq

“Mauqli” tamaşasının premyerası olacaq
31 yanvar 2023
# 14:25

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mauqli” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” kitabları əsasında hazırlanan “Mauqli” adlı tamaşanın premyerası keçiriləcək.

“Çarlz Dikkensin ədəbi varisi” kimi xatırlanan Redyard Kiplinq həyatının müxtəlif dövrlərində uşaqlarla bağlı “Yeddi dəniz”, ”Cəsur kapitanlar”, “Puk təpəsindən gələn Pak”, “Mükafatlar və pərilər ” adlı əsərlər yazıb. Yazıçının ən çox müraciət olunan əsəri isə “Cəngəlliklərin kitabı” hekayələr toplusu olub.

Kitabdakı hekayələrin qəhrəmanı Mauqli haqqında dünyanın bir çox teatrlarında, xüsusən Rusiyanın aparıcı teatrlarında uşaq tamaşaları hazırlanıb, filmlər və cizgi filmləri ekranlaşdırılıb.

Bəhs olunan tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Yeni tamaşada rolları Əməkdar artist Şəfəq Əliyeva, Əməkdar artist Elnur Bəhramxan, Nurlan Süleymanlı, Aybəniz Heydərova Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Elgün Yəhyayev, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Asya Atakişiyeva, Gülbəniz Lətifova, Xəyalə Qasımova ifa edirlər.

Tamaşadakı hadisələr Afrika qəbilələrinin yaxınlığındakı cəngəllikdə baş verir. Şirxan adlı pələng qəbiləyə hücum edərək Mauqli adlı uşağın atasını parçalayır. Bahira adlı bəbir isə Mauqlini xilas edərək onu cəngəllikdəki canavarlara verir. Mauqli canavar kimi gəzməyi yaşamağı öyrənməyə məcbur olur. O, yaramazlara qarşı amansız, güclü və qorxmaz böyüyür. Mauqli ilə Şirxan arasındakı qırmızı od üzərindəki mübarizənin qələbəsi isə Mauqlini özünü insan kimi hiss etməsinə səbəb olur.

# 6196 dəfə oxunub

Oxşar xəbərlər

APA TV-də yeni veriliş - “PARADOKS”

APA TV-də yeni veriliş - “PARADOKS”

22:49 17 noyabr 2026
Rusiyalı model vəfat etdi

Rusiyalı model vəfat etdi

18:43 17 noyabr 2026
Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

18:02 17 noyabr 2026
Tural Turan beynəlxalq mükafata layiq görüldü

Tural Turan beynəlxalq mükafata layiq görüldü

17:32 17 noyabr 2026
Gənc aktrisa vəfat etdi

Gənc aktrisa vəfat etdi

17:14 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər