Köçkün gənc ABŞ universitetinin siması seçildi

Köçkün gənc ABŞ universitetinin siması seçildi
21 may 2025
# 15:17

Kəlbəcərdən olan məcburi köçkün Ayan Hüseynli ABŞ-nin nüfuzlu “The New School” Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr təhsilini uğurla başa vuraraq universitetin 2025-ci il üzrə rəsmi siması seçilib.

Bu nailiyyət onu yalnız təhsil uğurlarına görə deyil, həm də güclü həyat hekayəsinə görə fərqləndirib.

Kulis.az xəbər verir ki, Ayan Hüseynli Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailənin övladıdır. O, gənc yaşlarından beynəlxalq əlaqələr və humanitar dəyərlərə maraq göstərib.

Orta təhsilini Heydər Əliyev adına liseydə başa vuran Ayan, 2019-cu ildə ADA Universitetinə qəbul olunaraq Beynəlxalq Münasibətlər üzrə bakalavr təhsilinə başlayıb və 2023-cü ildə məzun olub.

2024-cü ildə ABŞ-nin Nyu York şəhərində yerləşən “The New School” universitetində magistr təhsilinə başlayan Ayan Hüseynli, burada da akademik uğurlarını davam etdirib və proqramı cəmi bir il ərzində yüksək göstəricilərlə başa vurub.

Universitet rəhbərliyi onun həm təhsil göstəricilərini, həm də ictimai fəallığını nəzərə alaraq onu 2025-ci ilin siması elan edib.

Ayanın Qarabağ bölgəsindən olması və bu mötəbər statusa layiq görülməsi ermənilərin etirazına səbəb olsa da, onlar istəklərinə nail ola bilməyib.

O bildirib ki, köçkünlük onun üçün yalnız bir ailə tarixçəsi deyil, eyni zamanda bir missiyadır – susdurulmuş səslərin dünyaya çatdırılması missiyası:

“Biz köçkünlüyün qeyri-müəyyənliyini, yurd həsrətini yaşamışıq. Amma öyrəndiyim ən böyük həqiqət budur ki, ev sadəcə bir məkan deyil. Ev – səninlə birgə dayanan insanlar, əlindən buraxmaq istəmədiyin xəyallar və səni irəli səsləyən məqsəddir”, – deyə Ayan Hüseynli qeyd edib.

Beynəlxalq münasibətlər sahəsini seçməsinin səbəblərindən danışan Ayan bildirib: “Məqsədim münaqişə, ədalətsizlik və köçkünlük səbəbilə susdurulmuş insanların səsi olmaq idi. Bu yol məni BMT ilə əməkdaşlığa və beynəlxalq platformalarda fəaliyyətə gətirib çıxardı.”

Ayan Hüseynli əldə etdiyi bilik və təcrübəni doğma ölkəsinin inkişafı naminə istifadə etməyi planlaşdırır.

# 1695 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər