“Kinematoqrafiya haqqında” qanunda dəyişikliklə bağlı işçi qrupu yaradıldı

“Kinematoqrafiya haqqında”  qanunda dəyişikliklə bağlı işçi qrupu yaradıldı
20 iyun 2024
# 13:35

Mədəniyyət Nazirliyi tərəfindən “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununun günümüzün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə peşəkar mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Bildirilib ki, “38 nömrəli qərar”a dəyişiklik də daxil olmaqla yeni təkliflər paketi hazırlanıb müvafiq qurumlara təqdim ediləcək.

Sözügedən qanuna dəyişikliklə bağlı bir müddət öncə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev də Baş nazir Əli Əsədova açıq müraciət ünvanlamışdı.

Mövzu ilə bağlı İttifaqdan APA-nın sorğusuna cavab olaraq isə qeyd olunub ki, müraciətdən sonra həm Nazirlər Kabinetinin, həm də Hesablama Palatasının rəhbərliyindən Rasim Balayevə müəyyən reaksiyalar olub.

“Müraciətin ardından Rasim Balayevlə Nazirlər Kabinetinin və Hesablama Palatasının rəhbərliyindən əlaqə saxlanılıb və sözügedən qərarın dəyişdirilməsi, günümüzə adaptasiya edilməsi istiqamətində aidiyyəti şöbələrdə iş aparıldığı bildirilib”.

O da vurğulanıb ki, adıçəkilən qərar Müəllif Hüquqları Agentliyinin fəaliyyət sahəsinə aid olduğundan AKİ sədri problemlə bağlı Agentliyin rəhbərliyinə də müraciət ünvanlayıb.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev bir müddət öncə Baş nazir Əli Əsədova müraciət ünvanlamışdı.

Müraciətdə Hesablama Palatasının dövlət sifarişini icra edən dövlət studiyalarında apardığı yoxlamalarda müəllif qonorarlarının sözügedən qərarda təsbit edilmiş məbləğlərdən çox olması məsələsinin əsas problemlərdən biri olduğu qeyd olunmuşdu.

APA

# 2524 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat etdi

Xalq artisti Zaur Rzayev vəfat etdi

18:52 29 oktyabr 2026
Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

Beren Saat və Ekin Koç illər sonra yenidən eyni layihədə

17:30 29 oktyabr 2026
Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

Qadınların gündəlik həyatını əks etdirən qədim dolab tapıldı

17:00 29 oktyabr 2026
Deddi Yankinin  yeni albomu yayımlanacaq

Deddi Yankinin yeni albomu yayımlanacaq

16:30 29 oktyabr 2026
Məşhur aktyor "Yaşayan ən seksual kişi"  seçildi

Məşhur aktyor "Yaşayan ən seksual kişi" seçildi

16:00 29 oktyabr 2026
Nadir dinozavr skeleti rekord qiymətə satıldı

Nadir dinozavr skeleti rekord qiymətə satıldı

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər