“İRS” jurnalının yeni nömrəsi nəşr olundu

“İRS” jurnalının yeni nömrəsi nəşr olundu
27 may 2023
# 13:31

“İRS” beynəlxalq jurnalının ərəb dilində “İRS-Turas” adında növbəti nömrəsi nəşr olunub.

Kulis.az xəbər verir ki, jurnalın yeni nömrəsi Azərbaycanın Ərəb ölkələri ilə diplomatik, mədəni və iqtisadi əlaqələri haqqında baş redaktor Musa Mərcanlının yazısı ilə açılır. Ərəb tədqiqatçısı Əhməd Tarabikin məqaləsində bu əlaqələrin tarixi, ikitərəfli və çoxtərəfli münasibətlər daha geniş təhlil fonunda oxuculara çatdırılır.

Tanınmış jurnalist Umniya İbrahimin Azərbaycanın və Qafqazın mədəniyyət paytaxtı Şuşanın 28 ildən sonra düşmən tapdağından azad edildiyi, hazırda şəhərdə işğalın nəticələrinin aradan qaldırılması üçün fəal iş aparıldığı, Qarabağda tarixi abidələrin və memarlıq irsinin bərpasının həyata keçirildiyi haqqındakı məqaləsi ərəb oxucularının böyük marağına səbəb olacaq. Qarabağ mövzusunun davamı kimi tədqiqatçı Ömər Əhməd işğal olunmuş ərazilərin Ermənistan tərəfindən minalanması, bunun törətdiyi fəsadlar konkret faktlar və fotoşəkillərlə təqdim olunur. Məqalədə qeyd olunur ki, torpağa basdırılmış saysız-hesabsız minalar insanlıq əleyhinə cinayət olmaqla bərabər, onlarla dinc əhalinin ölümünə, şikəst olmasına gətirib çıxarıb. Çox böyük ərazidə basdırılmış minalara görə işğaldan azad edilmiş bölgələrdə insanların öz doğma yurdlarına dönməsi yubanır və müntəzəm faciələrə səbəb olur.

Bunlardan əlavə, Azərbaycanın yeganə ərəbdilli jurnalı olan İRS-Turasın bu sayında ölkənin milli mətbəxi haqqında ərəb müəllifi Suad Bəşirin, turizm potensialı barəsində Əhməd Sami Elaydinin məqalələri ərəb oxucularına Azərbaycan haqqında geniş bilgi verir. Jurnalın bu sayında digər maraqlı məqalələr də öz nəfis tərtibatı ilə diqqəti cəlb edir.

# 1948 dəfə oxunub

Oxşar xəbərlər

İtlərə həsr olunmuş sərgi açıldı

İtlərə həsr olunmuş sərgi açıldı

10:40 2 noyabr 2026
Skorsezedən etiraf:  Şimali Koreya lideri "Kleopatra" filmini necə məhv etdi?

Skorsezedən etiraf: Şimali Koreya lideri "Kleopatra" filmini necə məhv etdi?

10:20 2 noyabr 2026
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi”  tamaşasını izlədı

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izlədı

10:03 2 noyabr 2026
Ədəbiyyatşünas Qurban Bayramov vəfat etdi

Ədəbiyyatşünas Qurban Bayramov vəfat etdi

10:00 2 noyabr 2026
Qulu Ağsəs:  “Kişilər zəhmət çəkib sevməli, qadınlar isə...” – Müsahibə

Qulu Ağsəs: “Kişilər zəhmət çəkib sevməli, qadınlar isə...” – Müsahibə

10:00 2 noyabr 2026
Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər