İntiqam Yaşarın “Adını çəkirəm” kitabının təqdimatı oldu

İntiqam Yaşarın “Adını çəkirəm”  kitabının təqdimatı oldu
10 iyun 2024
# 11:23

Beynəlxalq Muğam Mərkəzində şair, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının imza və təqdimat mərasimi olub.

Kulis.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalının moderatorluğu ilə gerçəkləşən tədbirdə tanınmış ədəbiyyat-ictimaiyyət nümayəndələri, oxucular, mətbuat nümayəndələri iştirak edib.

Tədbirdə Ə.Qoşalı İntiqam Yaşarın yaradıcılığı və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib.

Təqdimat mərasimində “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, Milli Məclisin deputatı Vüqar İsgəndərov, Azərbaycan Ədəbiyyatı Fondunun baş direktoru, yazıçı Varis Yolçuyev, Sumqayıt şəhər Əli Kərim adına Poeziya evinin direktoru şair İbrahim İlyaslı, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü şair Rəsmiyyə Sabir, Bakı Slavyan Universitetinin professoru, tərcüməçi Flora Naci, tanınmış alim Yazgül Abdıyeva, filologiya elmləri doktoru Təranə Turan Rəhimli, AYB-nin Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, tanınmış yazıçı Kənan Hacı, şairlər Süleyman Abdulla, Polad İbrahimoğlu, Şahin Qədir, Ulucay Akif, Səddam Laçın, ədəbiyyatşünas alim Yeqzar Cəfərli və başqaları çıxış edərək İntiqam Yaşarın özünəməxsus yaradıcılıq axtarışlarından danışıb və ona uğurlar arzulayıblar.

Qiraətçilər Müşfiqə Baləddinqızı və Ayna Səs müəllifin şeirlərini səsləndiriblər.

Tədbirin sonunda müəllif yeni çap olunmuş kitabından şeirlər oxuyub və iştirakçılar üçün kitabları imzalayıb.

# 2252 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər