İlham Qəhrəmanın Gürcüstanda şeirlər kitabı yayımlandı

ilham qəhrəman

ilham qəhrəman

3 iyun 2023
# 13:00

Tanınmış şair İlham Qəhrəmanın Gürcüstanda yeni “Ulduzlu gecə” adlı şeirlər kitabı yayımlanıb. Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin nəşrə hazırladığı kitab Tbilisidəki “Merani” nəşriyyatında çap olunub.

Kulis.az xəbər verir ki, azərbaycanlı şairin 100-dən artıq şeirinin bədii tərcüməsi yer alan kitabda eyni zamanda müəllif haqqında bioqrafik məlumat da verilib. Şeirləri gürcü dilinə Bağatur Arabuli (Gürcüstan Yazıçılar Birliyinin sədri) çevirib. 152 səhifəlik kitabda gürcü oxucular şairin sevgi, tale və ictimai məzmun daşıyan şeirləri ilə tanış ola biləcəklər.

İlham Qəhrəman yeni nəşr haqqında bunları deyib: “Ulduzlu gecə” xaricdə nəşr olunan 3-cü şeir kitabımdır. Bundan əvvəl 2 şeirlər kitabım qonşu İranda əski əlifbada ana dilimizdə işıq üzü görüb. Kitabı vərəqləyən gürcü oxucusu onun adında olduğu kimi şeirlərdə də həyatımızın fəlsəfəsiylə – qaranlıq və işığın həmişə bir-birini qovmasıyla assosiasiya olunduğunun şahidi olacaq.
“Ulduzlu gecə” şair dostum, Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təkləlinin təşəbbüsüylə tərcümə və çap olunub. Burdan ona minnətdarlığımı bildirirəm.



“Ulduzlu gecə”nin redaktorları Allahverdi Təkləli, Qaraqaşoğlu, dizayneri isə Ömər Məmmədlidir.

# 2970 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər