Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır

Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır
4 aprel 2024
# 10:25

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır

Kulis.az xəbər verir ki, aprelin 19-da, saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan "Ümid nəğməsi" adlı tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssam Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə iştirak edirlər.

Autizm sindromu olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətlərinin fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşada insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliedici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edir. Bu nəğmənin sədası isə zəlzələ zamanı dağıntılar altında qalan ailənin xilasına çevrilə bilər.

Qeyd edək ki, tamaşa Özbəkistan Respublikasının Daşkənd şəhərində keçiriləcək "Uşaqlar XXI əsrdə" I Beynəlxalq Uşaq Teatrları - İT Festivalı üçün hazırlanıb.

# 3427 dəfə oxunub

Oxşar xəbərlər

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
"Soul Food"  filminin aktrisası vəfat etdi

"Soul Food" filminin aktrisası vəfat etdi

10:21 12 noyabr 2026
Azərbaycanda Konstitusiya Günü  qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

10:00 12 noyabr 2026
Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər