Gənc Tamaşaçılar Teatrı Ağdama gedir

Gənc Tamaşaçılar Teatrı Ağdama gedir
7 noyabr 2023
# 12:40

Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərləri yeni mövsümdə də davam etdirir.

Kulis.az xəbər verir ki, qastrol səfərləri çərçivəsində, eləcə də Mədəniyyət Nazirliyinin Zəfər günü münasibəti ilə təşkil etdiyi "Zəfər" Musiqi və Teatr Festivalında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, "İRƏLİ" İctimai Birliyinin tərəfdaşlığı ilə noyabrın 8-də Ağdam Dövlət Dram Teatrında "İnanıram" monotamaşası ilə çıxış edəcək.

Ülviyyə Heydərovanın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin rejissoru Elşad Rəhimzadədir. Tamaşada ana rolunu aktrisa Zemfira Əbdülsəmədova canlandırır.

Tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Qadın isə ürəyindəki dərin ağrı və qəbul etdiyi qəti qərarla ağacın kölgəsinə geri dönür...

Səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.

# 1896 dəfə oxunub

Oxşar xəbərlər

“Mediada Azərbaycan dili”  mövzusunda təlimlər başlandı

“Mediada Azərbaycan dili” mövzusunda təlimlər başlandı

14:25 10 yanvar 2026
Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

Arxivdə tozlanan opera və yarımçıq qalmış ömür - Elza İbrahimovaya kimlər mane olurdu?

12:00 10 yanvar 2026
Can Yaman narkotikə görə saxlanıldı

Can Yaman narkotikə görə saxlanıldı

11:49 10 yanvar 2026
Barat Vüsal:  "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

Barat Vüsal: "Siyasətin əlində polad qılınc var, ədəbiyyatın isə..."- Müsahibə

11:00 10 yanvar 2026
Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər