Ənvər Həsənovun qızı: "Əlləri, ayaqları tutmur, yaddaşını itirib" - Açıqlama

Ənvər Həsənovun qızı:  "Əlləri, ayaqları tutmur, yaddaşını itirib" -  Açıqlama
11 fevral 2025
# 17:20

Xalq artisti Ənvər Həsənovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Kulis.az-a açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova danışıb. O bildirib ki, hazırda atasının vəziyyəti çox pisdir, əlləri, ayaqları tutmur, yaddaşını itirib.

Ənvər Həsənovun vəziyyəti nə vaxt pisləşib?

Qızı Aytən Həsənovanın dediyinə görə, Ənvər Həsənovun vəziyyəti ayın 1-ində kəskinləşib:

"Ayın birində vəziyyəti pisləşdi. Təcili xəstəxanaya çatdırdıq. 9-na kimi orada qaldı. Hazırda evdədir. Yaddaşı itib. Ancaq məni və nəvəsini tanıyır. Fevralın 17-sindən sonra bir də xəstəxanaya aparacağıq. Əgər həkim məsləhət bilsə, yenidən reabilitasiya olunacaq".

Ənvər Həsənov kimdir?

Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub.

Ənvər Həsəov gənc yaşlarından kinolara çəkilməyə başlayıb. Xüsusilə o, "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol alıb. Rejissor kimi "Haray, Xocalım, haray", " Tələ" və Hacı Zeynalabdin Tağıyevdən bəhs edən "Sönməyən çıraq" sənədli filmini çəkib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

# 3657 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər