Əməkdar artistlər nazirə şikayət etdilər

Əməkdar artistlər nazirə şikayət etdilər
18 aprel 2025
# 17:20

Əməkdar artist Mehriban Xanlarova və Münəvvər Əliyeva Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı narazılığını Mədəniyyət naziri Adil Kərimliyə də deyiblər.

Kulis.az xəbər verir ki, bu haqda M.Xanlarova özü məlumat paylaşıb:

"Mədəniyyət naziri Adil Kərimli teatr kollektivimizlə görüşdü. Təklif və şikayətlərimizə diqqətlə qulaq asaraq, fikirlərimizə hörmətlə, həssaslıqla yanaşdı. İnanırıq ki, bu görüşün nəticəsi yaxşı olacaq. Haqq səsimizin duyulmasında yanımızda olan bütün media nümayəndələrinə və haqsızlığa qarşı susmayan, göz yummayan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Əziz həmkarlarım, Münəvvər Əliyeva və Məsmə Aslanqızı ilə ədalət uğrunda başlatdığımız mübarizə, yaddaşlarda qalacaq sarsılmaz bir dostluğun tarixini yazdı. Bu dostluq dürüstlüyün, cəsarətin və birliyin təmsilçisi oldu".

Qeyd edək ki, aktyorlar M.Ələkbərzadənin başqa teatrdan gənc aktyorları Azdramaya gətirməsinə etiraz edib.

# 2521 dəfə oxunub

Oxşar xəbərlər

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi:  “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

Fərhad Bədəlbəyli Maliyyə Nazirliyini tənqid etdi: “Mədəniyyət deyəndə ağıllarına toy müğənnisi gəlir”

16:26 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər