Əməkdar artist komaya düşdü

Əməkdar artist komaya düşdü
7 sentyabr 2026
# 13:29

Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib.

Kulis.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun qızı Gültən Ramazanova məlumat verib.

O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır, vəziyyəti ağırdır:

“Həmin gün səhər saatlarında mən onun yanında idim, daha sonra oradan çıxıb öz evimə getdim. Saat 5 radələrində onunla əlaqə saxlamağa çalışdım, lakin telefon zənglərimə cavab vermədi. Hətta mobil telefonu sönmüşdü, ev telefonuna da cavab vermirdi. Bundan sonra narahat olmağa başladım. Evinə getdim və bundan sonra Fövqəladə Hallar Nazirliyinə, polisə müraciət etdim, prokurorluğa və təcili tibbi yardıma məlumat verdim. Qurumların əməkdaşları gəldilər və qapını sındırdılar.

Anamı balkondan mətbəxə keçid hissəsində, iki qapının arasında sıxılmış və yerdə yıxılmış vəziyyətdə tapdıq. İlkin məlumata görə, həmin vaxt işemik insult keçirib. Görünür, mən səhər onun yanından ayrıldıqdan sonra günorta saatlarında yıxılıb və insult keçirib. Xəstəxanaya çatdırıldıqdan sonra həkimlər beyninə qaz sızdığını bildirdilər.

Mənim anam 65 ilini Azərbaycan radiosuna həsr edib. Çox xahiş edirəm, dualarınızı əsirgəməyin”.

# 511 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər