Əllərini isitmək üçün atın ağzına salan şair - Fərid Hüseyn yazır...

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

1 dekabr 2022
# 13:15

Kulis.az Fərid Hüseynin Əlisa Nicat haqqında yazdığı yeni yazısını təqdim edir.

sınıq pəncərələrə tutulmuş
qəzet kimi
şairlərə gəlir dünyanın soyuğu...

Vaqif Bayatlı Odər

Dünən Şahbaz Xuduoğlu nasir, filosof, tərcüməçi Əlisa Nicatın şəklini paylaşıb, fotodan göründüyü kimi sənətkar qatbaqat geyinib. Belə qalın geyinməsinin səbəbini soruşanda 87 yaşlı yazıçı deyib ki: “Ev soyuqdur. Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm”.

Bəs biz bu durumdakı, 100-dən artıq kitab müəllifi olan yazıçıya bnecə kömək edək?

AYB-yə desək kömək et, məlum olacaq ki, o vəziyyətdə olan onlarla yazar var, hansına yardım əli uzatsınlar?

Başqa aidiyyatı quruma müraciət etsək, cavab alana qədər, Qlobal İstiləşmə Dövrü şiddətlənəcək, heç qaz peçinə ehtiyac qalmayacaq.

Yaxud Azəriqazdan mədəd umsaq, çox güman cavab o olacaq ki, ödəniş sayğaca yazılıbsa, vətəndaş o pulu ödəməlidir. Ancaq belə ola bilər ki, gərək kimsə Əlisa Nicatın yerinə öz cibindən pul verə.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə desək, o da çətindir. Çünki 87 yaşlı yazıçının inanmıram ki, sosial durumuyla bağlı tələb olunan sənədləri toplayacaq qədər uzun ömrü qala...

Bir sözlə, bir sıra qanunlarımız, bəzi tələblərimiz elədir ki, onlarla əlacsız insana kömək eləmək mümkün deyil. Əksinə onların ardıyca yönəlsən, Mixail Zoşşenkonun “Qaloş” hekayəsində qaloşunun bir tayı itmiş qəhrəmanı kimi, sənəd toplamaqla bağlı get-gəldə qaloşunun ikinci tayını da itirəcəksən.

Vaxtı ilə soyuqda üşüyə-üşüyə şeirlərini küçələrdə satan Məhəmməd Hadiyə onun müasiri olmayan, ondan çox-çox sonralar yaşayan şair Vaqif Bayatlı Odər kömək etmək istəyirdi. Məhəmməd Hadi yarım əsrdən çox müddətdə artıq dünyadan köçsə də, Vaqif Bayatlı Odər haçansa üşüyən şairə şeirində də olsa yardım eləmək niyyətində idi. O, keçmişə qayıdıb Məhəmməd Hadinin canını isitmək üçün çalışırdı, ona şeirində bir ev düzəldib orada hənir yaratmaq fikrindəydi. Amma alınmırdı...

Hadi elə durumda idi ki, heç ona şeirdə, – xəyalən də yardım etmək mümkün deyildi. Vaqif Bayatlı Odər əlacsız qalaraq nicatı ancaq onda görürdü ki, Hadi gedib şaxtadan donan əllərini soyuqda nəfəsindən buxar çıxan atın ağzına soxsun. Çünki cəmiyyətdə, insanlar arasında, o zamanki dövlət orqanlarında ona kömək etməyə kimsə yox idi. Vaqif Bayatlı Odər bu milli kimsəsizliyə görə Hadiyə şeirində belə yardım edə bilmirdi.

Aradan bir əsrdən artıq vaxt keçib... Yenə də ziyalımıza kömək etmək iqtidarında deyilik.

Donurdu Hadinin əlləri,
Qaça-qaça saldı əlini atın ağzına,
Atlı qamçıladı atı,
At qaça-qaça yumdu ağzını...

Cəlil Məmmədquluzadə evi soyuq olanda sobada öz əlyazmalarını ona görə yandırırdı ki, nə dövlətin, nə xalqın onun yuvasını qızdırmayacağını bilirdi. Həm də o əlyazmaların gələcəkdə çoxlarına mənəvi miras qalmayacağı düşüncəsindəydi.

Yazdıqlarını yandırmaqda Mirzə Cəlilin ustadı, örnəyi Məhəmməd Hadi idi.

Donurdu Hadinin əlləri
Çıxartdı ürəyinin yanından
Sata bilmədiyi şeirləri,
od vurdu şeirlərə
saldı əlini odun içinə,
orda əli ürəyinə dəydi..
.

Məhəmməd Hadi də, Mirzə Cəlil də bu gün Əlisa Nicatın həqiqi ustadlarıdırlar. Əlisa Nicat yaşadığı həyatı onlardan miras alıb. İnsanların ustadı olur, xalqların isə yox...

/qafqazinfo.az/

# 3419 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
Salli Runi ilə həmrəylik:  İki uşaq yazıçısı qonorarlarını ona verəcək

Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək

12:40 26 oktyabr 2026
ISECO:  "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

ISECO: "Bakı prosesi müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirib"

12:40 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər