Əbdülrəzzaq Qurna: “Nobeli afrikalı olduğuma görə verməyiblər” - Müsahibə

Əbdülrəzzaq Qurna,  Nobel mükafatının sahibi

Əbdülrəzzaq Qurna, Nobel mükafatının sahibi

21 yanvar 2022
# 09:00

Ərəb əsilli müsəlman yazıçı Əbdülrəzzaq Qurna 1948-ci ildə Tanzaniyanın Zənzibar adasında doğulub. 20 yaşı olanda ölkəsindəki anti-ərəb əhvalından dolayı Böyük Britaniyaya sığınıb və ilk əsərlərini də burada, ingilis dilində yazmağa başlayıb.

Buker və Uitbred mükafatlarının qısa siyahısında yer alan “Cənnət” (1994), “Fərarilik” (2005), Buker siyahısının uzun, “Los Angeles Times Book Prize”ın qısa siyahısına düşən “Dəniz kənarında” (2001), “Afterlives” (2020) kimi romanların müəllifidir.

2021-ci il ədəbiyyat üzrə Nobel mükafatının sahibi olub.

Kulis.az 2021-ci ilin Nobel mükafatçısı Əbdülrəzzaq Qurnanın “Times”ə müsahibəsini ixtisarla təqdim edir.

- Siz Nobel mükafatını alandan sonra demək olar ki, bir gecədə “məşhur” yazıçıya çevrildiniz. Bu necə hissdir?

- Düzü, mən əvvəllər özümü kifayət qədər məşhur hesab edirdim. Uzun illər kitablarımı oxuyan sadiq oxucularım var, məni oxuyurlar və bu məni qane edirdi. Lakin Nobel qlobal hadisədir. Sizi oxuyub-oxumamaqlarından asılı olmayaraq bütün dünya bundan xəbər tutur. Məni ən çox heyrətləndirən dünya üzrə kitablarımı öz dillərinə tərcümə etmək istəyən naşirlərin sayı oldu.

- Qalib gəldiyinizi öyrəndikdə nə baş verdi?

- Bunun zarafat olduğunu fikirləşdim. Lakin sonra öyrəndim ki, mükafatı alan adamların çoxu belə düşünür. Çünki mükafat heç nədən ortaya çıxır. Gərək nə cür yazıçı olasan ki, sənə zəng edib qalib olduğunu deyələr və sən də fikirləşəsən: “Nə yaxşı, mən bunu gözləyirdim?”

- Sizin Nobel, Deymon Qalqutun (Cənubi Afrika Respublikasından olan yazıçı və dramaturq. 2021-ci ildə “Vəd” romanına görə Buker mükafatına layiq görülüb) Buker mükafatı almasını əsas gətirərək bəziləri 2021-ci ili “Afrika ədəbiyyatının böyük ili” adlandırır. Bu haqda nə düşünürsünüz?

- Yersiz söhbətdir. Bu, Afrika fenomenini qabardır, halbuki mükafatlar konkret mətnlərin keyfiyyətinə görə verilib. Bu mükafatların münsifləri bir yerə yığılıb “Gəlin bu ili Afrika ili elan edək” deməyiblər. Onlar yazıçıları əsərlərinə görə seçiblər, hardan olmaqlarına görə yox. Əgər siz bu ilin Afrika ili olduğuna dair jurnalist iddiası irəli sürmək istəsəniz, bu, yazının özünün tanınması deyil, bir regionun tanınması kimi görünmədiyi müddətcə yaxşıdır.

- Sizin avqustda ABŞ-da çıxacaq “Afterlives” adlı kitabınız bir neçə kateqoriyaya uyğun gəlir: tarixi fantastika, bir neçə nəsil haqqında saqa və epik sevgi tarixçəsi. Siz özünüz onu necə sinifləndirirsiniz?

- Əslində, məqsəd lazımi diqqət ayrılmayan tarixi epizod haqqında danışmaqdan ibarət idi. Mən həmçinin insanların sağ qalmaq qərarlılığı barədə - insanlar travmalardan sonra həyatlarını necə bərpa edirlər, bunların içindən necə keçib gedir, bunu necə təşkil edir və özlərini formalaşdırırlar – nələrsə demək istəyirdim.

- Sizin başqa kitablarınız kimi “Afterlives” da köçə, müstəmləkəçiliyə və itkilərə həsr olunub. Bu mövzularda sizi özünə cəlb edən nədir?

- Bir səbəbi odur ki, mənim bu sahədə təcrübəm var, ikinci bir tərəfdən isə bunlar yaşadığımız həyatın bir çox hallarda təzahürüdür. Köçdüyün yerə alışa bilməmək və ya yad insanların özlərini arzuolunmaz hesab etməkləri barədə yazmaq yeni nəsə kəşf etmək deyil. Bu, gözümüzün qabağında baş verənlər haqqında yazmaqdır.

- Sizcə “Afterlives”ı oxuyan oxucular nə əldə edəcəklər??

- Onlar bu tarixi anı daha yaxşı qavrayacaq və başa düşəcəklər ki, bu yeganə epizod deyil, dünyanın müxtəlif yerlərində təkrarlanır. Güman ki, bizim günümüzdə də təkrarlanır. Silahlılar qəfildən ortaya çıxıb qıra-dağıda, insanları başlarının çarəsini özlərinin tapmasına vadar edə bilirlər. Ümidvaram, onlar ədalətsizliyə qarşı danışmamaq ehtimalına yol verməyəcəklər.

Tərcümə: Mirmehdi Ağaoğlu

# 3861 dəfə oxunub

Oxşar xəbərlər

Trabzonda azərbaycanlı müəllim - Aliyə Aşurbəylinin atası Atatürkə məktubunda nə yazmışdı?

Trabzonda azərbaycanlı müəllim - Aliyə Aşurbəylinin atası Atatürkə məktubunda nə yazmışdı?

15:00 27 mart 2026
Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
Məşhur müğənni motosiklet qəzasında vəfat etdi

Məşhur müğənni motosiklet qəzasında vəfat etdi

11:15 27 mart 2026
Bu gün Beynəlxalq Teatr Günüdür

Bu gün Beynəlxalq Teatr Günüdür

10:43 27 mart 2026
"Mən daha mübarizə edə bilmirəm" - Virciniya Vulfun son məktubu

"Mən daha mübarizə edə bilmirəm" - Virciniya Vulfun son məktubu

10:20 27 mart 2026
"Anar ömrünün axırınacan sədr qalsın" - O, əsl avtoritetdir...

"Anar ömrünün axırınacan sədr qalsın" - O, əsl avtoritetdir...

17:38 26 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər