Düşmənin içindəki aktyorumuz - İlhamə Nasir

Düşmənin içindəki aktyorumuz - İlhamə Nasir
5 sentyabr 2023
# 15:34

Kulis.az İlhamə Nasirin Xalq artisti Vidadi Əliyev haqqında yazdığı yazını təqdim edir.

Bu gün tamaşalarda, filmlərdə özünəməxsus obrazlar yaradan teatr və kino sənətinin görkəmli aktyoru, gördüyü işlərin qarşılığını gözləməyən, eləcə peşəsinin aşiqi olan Vidadi Əliyevdən yazmaq istəyirəm.

Ömrünün yeddinci onluğunu başa vurmaqda olan aktyorun həyat-yaradıcılığına azacıq işıq tutsaq, görərik ki, həqiqətən Vidadi Əliyev böyük ADAMdır.

Təkcə sənətkar kimi yox, həm də düşmən ölkənin iqlimində doğma teatrımızın keşiyini çəkən qəhrəman kimi.

O, Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan, yaratdığı obrazlara ruh verən, tamaşaçını təsirə salmağı bacaran nadir aktyorlardandır.

Bu yaşa qədər heç kimə yük olmayan aktyorun adı heç bir qalmaqalda, çəkişmələrdə hallanmadı. Sadəcə ağsaqqal rəftarı, ustad duruşu və uğurlu aktyorluğu ilə tutduğu yolda addımladı.

Onun rejissor kimi qurduğu tamaşaları, aktyor kimi oynadığı rolları saydıqca bitməz. Mən saymayacağam, çünki bu barədə vikipediyada məlumat var.

Hələ gənc yaşlarından – universiteti bitirəndən sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyətə başlayan aktyor 1988–2000-ci illərdə həmin teatrınnın direktoru və bədii rəhbəri olub.

Azərbaycan mədəniyyəti naminə sənəti və şəxsiyyəti ilə mübarizə aparan Vidadi Əliyev mənfur məxluqların içində teatrı "yıxılmağa" qoymadı.

Ömrünün çox hissəsində sevincini, kədərini, dərdini, sirrini həyat yoldaşı Elmira xanımla bölüşən aktyor elə kariyerası boyunca da onunla birlikdə addımladı. Çiyin-çiyinə verib teatrın bağlanmasına can atan düşmənlə döyüşdülər. Teatrı qoruyan, yaşadan əsl fədailər səhnələrə birgə çıxdılar. Səhnəni, televiziyanı övladlarına da doğmalaşdırdılar.

Televiziyanın bütün incəliklərini bilən Oqtay Əliyev, Elçin Əlibəyli yetişdi o ailədə.

Müharibədən sonra da vəzifəsini şərəflə davam etdirdi, kollektivi başına topladı, çoxillik yaradıcılıq ənənələrini davam etdirdi.

Vidadi Əliyev məhz o aktyorlardandır ki, obrazı təkcə canlandırmır, həm də onu yaşayır.

Bu yaxınlarda “Yurd yeri” filminə baxdım. İlahi, necə təsirli idi? Onun baxışları atamı xatırlatdı, qabarıb-çəkilən sinəsində “Qubadlı” deyə-deyə dünyadan köçən atamın vətən ağrılarını hiss etdim. Həm də, o baxışlarda vətən dərdli Vidadi Əliyevi gördüm: Baxışlarında, gözlərinin dərinliklərində vətən nisgili, İrəvan həsrəti...

Və əminəm ki, bunu torpaq həsrətli hər kəs duya bildi. Obrazıyla vəhdət təşkil edən aktyorun daxili ağrıları təsiredici idi. Bir neçə gün təsirindən çıxa bilmədim.

Bəs bu cür aktyor – Vidadi Əliyev nə qədər tanınır, ona nə qədər dəyər verilir? Əslində, təəcüblənmirəm, mədəniyyətə böyük töhfə verən sənətkarlar sağlığında həmişə diqqətdən kənarda qalıb, ancaq vəfat etdikdən sonra yada düşüblər. Təəssüf ki, ölümü gözəlləşdirməyə adət etmiş bir cəmiyyətdə yaşayırıq.

İndi sənətə deyil, sənətkara deyil, “güldürənlər”ə verilən dəyər dəb halını alıb.

Stəndapçıları məşhurlaşdıran, sənəti olmayanları aktyora çevirən cəmiyyətdə yetər ki, kimsə şit-şit danışsın, izləyənlər də qlandaları görsənənəcən ağızlarını açıb gülsünlər.

Düzdür, gec-tez kimin sənətkar, kimin müvəqqəti olduğunu zaman göstərəcək. Amma gəlin o zamanı, o “geç-tez”i gözləməyək, indi tanıyaq, indi dəyər verək, indi qədrini bilək.

Əsl sənətkara dəyər verək ki, sənət də yaşasın, inkişaf etsin. Vallah onun bu yaşda kiməsə, nəyəsə ehtiyacı yoxdur, amma bizim çox ehtiyacımız var o cür aktyorlara.

Tükənməkdədirlər...

# 4971 dəfə oxunub

Oxşar xəbərlər

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər