Dünyaşöhrətli fotoqraf Reza Deqati peşə sirlərini gənclərlə bölüşdü

Dünyaşöhrətli fotoqraf Reza Deqati peşə sirlərini gənclərlə bölüşdü
14 iyul 2022
# 18:40

İyulun 14-də dünyaşöhrətli fotoqraf Reza Deqati “Theonestudio.az”da gənclərlə görüşüb.

Kulis.az xəbər verir ki, R.Deqati həvəskar fotoqraflarla öz peşə sirlərini bölüşüb.

Əvvəlcə tanınmış fotoqraf görüşə gələn gənclərin hər biri ilə tanış olub, onların bu sahəyə olan maraqlı fikirlərini dinləyib. O, iştirakçılara fotoaparatla işləməyə başlamazdan əvvəl özünəməxsus imza seçməsini tövsiyə edib. R.Deqati fotoqraflar üçün yaddaşlarda iz qoyacaq görüntüdən əlavə, imzalarının da önəmini diqqətə çatdırıb.

Məşhur fotojurnalist AZƏRTAC-a müsahibəsində gələcək planlarından da danışıb: "Bu gün gənclərə kameradan düzgün istifadə etməyi və ən əsası nəyi çəkməli olduqlarını öyrətdim. Dünyanın müxtəlif ölkələrində şagirdlərim var. Gələcək planım Azərbaycanda beynəlxalq foto məktəbi yaratmaqdır".

Görüşdə bu sahədə yeni biliklər əldə etdiyini söyləyən Leyla Səttarzadə fikirlərini bölüşüb: “Reza Deqatidən yaxşı fotoqraf olmağın sirrini öyrəndim. Fotoda əsas olan həm insanların, həm də təbiətin ab-havasını dolğun şəkildə çatdırmaqdır".

Digər iştirakçı Ruslan Cəfərzadə R.Deqatinin nümayiş etdirdiyi fotolardan təsirləndiyini dilə gətirib: “İşinin peşəkarı olan bir fotoqrafın öz təcrübələrini bizimlə bölüşməsi çox xoşum oldu. O, müxtəlif illərlə çəkdiyi fotoları bizə nümayiş etdirərək işinin incəliklərindən danışdı. Müharibə mövzusunda çəkilən şəkillər mənə çox təsir etdi".

Dörd ilə yaxın fotoqrafiya ilə məşğul olan Tamerlan Almazov bu görüşdən sonra daha çox müharibənin fəsadları mövzusunda şəkillər çəkməyə üstünlük verəcəyini söyləyib.

# 2879 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər