Dünyanı dəyişən 10 rəssam – Siyahı

Dünyanı dəyişən 10 rəssam – Siyahı
6 mart 2024
# 11:30

Kulis.az dünya sənət tarixini dəyişən 10 ən məşhur rəssamı təqdim edir.

1) Leonarda Da Vinçi (1452-1519, İtaliya)

Dünya tarixinin gördüyü ən böyük rəssamlardan biridir. “Mona Liza” və “Sonuncu şam yeməyi” əsərləri sənət tarixinin əvəzolunmazlarıdır. Dövrümüzdə istifadə etdiyimiz bir çox texnologiyanın çertyojlarını hələ altı yüz əvvəl çəkmişdi.

2) Rembrandt (1606-1669, Hollandiya)

Rəsmdə işığı və kölgələri kəşf etməsi ilə tanınır. 17-ci əsrin rəssamlıq tarixi onunla başlayır.

3) Vinsent Van Qoq (1853-1890, Hollandiya)

Özünəxas rəng çalarları və üslubu ilə fərqlənən sənətçi həyatı ilə də günümüzdə haqqında ən çox danışılan rəssamdır.

4) Salvador Dali (1904-1989, İspaniya)

Dəli-dahi obrazı ilə həmişə diqqət çəkən Dali rəsm sənətində sürrealizmin yaradıcısı kimi tanınır. Günümüzdə də həm obrazı, həm də əsərləri ilə aktualdır.

Salvador Dalí Art, Bio, Ideas | TheArtStory

5) Rafaello (1483-1520, İtaliya)

Renessans dövrünün yaddaqalan siması təkcə rəsmləri ilə deyil, həm də memarlıq nümunələri ilə də məşhurdur.

6) Pikasso (1881-1973, İspaniya)

Kubizmin yaradıcısı. Dövrünün, indinin və gələcəyin dahisi. O, həmişə sənət tarixi üçün maraqlı olacaq.

Lest the ghosts of Guernica keep haunting us…” | ICRC

7) Mikelancelo (1475-1564, İtaliya)

Daha çox heykəltəraşlığı ilə məşhurlaşan rəssam sənət tarixində mifoloji obrazları ilə qalıb.

8) Fransisko De Qoya (1746-1828, İspaniya)

Dindar, sirli, eyni zamanda da ziddiyətli həyatı ilə öz dövründə onun rəsm sənətində rəqibi yox idi. Erotizmin banilərindən hesab edilsə də, tənqidçilər hələ də onun hansı cərəyana mənsub olmasını müzakirə edirlər.

9) Frida Kahlo (1907-1954, Meksika)
Həm həyatı, həm mübarizəsi, həm də sənəti ilə tanınan qadın rəssam. O, avtoportretləri ilə tanınır.

10) Kazamir Maleviç (1878-1935, Rusiya)
Geometrik üslubun yaradıcısı olan avanqard rəssam bir çox nümunələri ilə sənət tarixinin ən böyük simalarındadır. Postmodernist rəssamlığın əsasını qoyanlardan biridir.

Kazimir Malevich | Biography, Art, Suprematism, White on White, & Facts |  Britannica

# 14184 dəfə oxunub

Oxşar xəbərlər

Səni özüm sanaram - Nəbi Xəzri

Səni özüm sanaram - Nəbi Xəzri

18:19 14 iyul 2026
Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

Misirdə heyrətamiz kəşf - 3000 illik sirli məqbərə tapıldı

18:00 14 iyul 2026
Tom Kruz tanınmaz halda

Tom Kruz tanınmaz halda

16:34 14 iyul 2026
Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı

16:00 14 iyul 2026
Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

Əri işgəncə ilə öldürüldü, dostu intihar etdi - Məşhur yazıçının faciəvi həyatı

14:30 14 iyul 2026
Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

Muzeyin döşəməsinə fıstıq əzməsi çəkildi - Səbəb

13:52 14 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər