“Dublyaj edə-edə ağlayırdım” – “Ərtoğrul”u Azərbaycan dilində səsləndirən azərbaycanlı aktyor

“Dublyaj edə-edə ağlayırdım” – “Ərtoğrul”u Azərbaycan dilində səsləndirən azərbaycanlı aktyor
11 mart 2022
# 18:40

Azərbaycan Televiziyasında yayımlanan Türkiyə istehsalı “Diriliş. Ərtoğrul” serialı artıq yekunlaşmaq üzrədir.

AzTv-nin Kulis.az-a verdiyi məlumata görə, Azərbaycan dilində yayımlanan serial kanalın reytinqində ilk pillədədir. Əvvəllər yalnız həftəiçi hər gün yayımlansa da, tamaşaçıların çoxsaylı xahişləri nəzərə alınaraq 6 gün efirə verilməyə başlayıb.

Serialın Ərtoğrul obrazını dublyaj edən Əməkdar artist Cəlal Məmmədovun sözlərinə görə, bəzən səkkiz saat bir bölümün dublyajı ilə məşğul olub: “Çünki Ərtoğrul hər səhnədə, hər bölümdə müxtəlif vəziyyətlərə düşürdü, bu da onun reaksiyalarını dəyişirdi. Gah sərt olurdu, gah mülayim... Bunu tamaşaçıya çatdırmaq lazım idi. Söhbət aktyor oyunundan getmir, tarixi şəxsiyyəti dublyaj etməkdən gedir. Seriala baxa-baxa xarakteri tutmaq özümə də ləzzət edirdi. Türk dünyasının böyük sərkərdəsini səsləndirmək mənim üçün böyük qürur oldu. Təxminən 8 saat dublyajla məşğul olurdum. Ən çox sözü olan obraz məndə idi”.
C.Məmmədov uğurlu dublyajın reytinqə ciddi təsir etdiyini düşünür:
“Bəzən qınayanlar olur ki, niyə türk dilini dublyaj etmisiniz. Əslində isə, bu, əski türk dilində idi, bəzi sözlər, ümumiyyətlə, anlaşılmırdı. Sözün mənasını axtarırdıq, dilimizə uyğunlaşdırırdıq. Serialın reytinqdə birinci olmasında uğurlu dublyaj 90 faiz rol oynayır. Mən də əlimdən gələni etdim ki, Ərtoğrulun xarakterini səsimlə çatdıra bilim. Kastinqdə məni seçdiyinə görə AzTV rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Daha sonra Əməkdar artist serial haqda danışarkən bəzi səhnələrdə həqiqətən ağladığını deyib:

“Mənə ən çox təsir edən səhnə ömür-gün yoldaşını itirməsi, onun dəfn olunması oldu. Seriala baxıb kövrəlməmək mümkün deyil. Bəzi səhnələrdə Ərtoğrul ağlayanda onu dublyaj edə-edə mən də ağlayırdım. Bu da filmin dublyajına xüsusi gözəllik verir”.

# 3511 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

14:00 3 noyabr 2026
Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

13:10 3 noyabr 2026
“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

13:08 3 noyabr 2026
Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

13:00 3 noyabr 2026
"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

12:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər