"Dövlət olmaq budur, cənablar!" - İlham Əziz

"Dövlət olmaq budur, cənablar!" - İlham Əziz
1 iyul 2025
# 14:02

Kulis.az İlham Əzizin yeni yazısını təqdim edir.

Yekaterinburqda baş verən faciənin siyasi, iqtisadi, insani tərəfləri bir yana, məni başqa məsələ də düşündürdü.

Sıradan azərbaycanlının qətlinə dövlətin bu cür reaksiyası bir ilkdir.

Bu o deməkdir ki, dövlət adi vətəndaşını belə kimsəsiz qoymur.

Özü də dünyanı qorxu içində saxlayan imperiya qarşısında.

Bu həm də o deməkdir ki, istənilən azırbaycanlı bundan sonra özünü xaricdə amanda və dövlət himayəsi altında hiss edəcək.

Başqa ölkədə uzun müddət yaşayan adam kimi demək istəyirəm ki, bu möhtəşəm hissdir. Bu hiss insanı daha çox çalışmağa və məsuliyyət dərk etməyə sövq edir.

Yüz illərdir “müstəqillik” deyib dad vuran babalarımızın və atalarımızın nəyə görə can verdiklərini indi daha çox hiss edirik.

Milyonlarla maddi maraq azərbaycanlıdan üstün deyil, ola da bilməz. Dövlət əxlaqı budur. Bunu yaradanlara minnətdar olmalıyıq!

Müstəqillik, suverenlik, dövlət olmaq budur, cənablar!

İndi xaricdə yaşayan hər bir azərbaycanlı özünü Azərbaycan dövlətinin bir hissəsi və canlı bayrağı saymalıdır!

# 3337 dəfə oxunub

Oxşar xəbərlər

1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu

1914-cü il nəslinin rəssamlarına aid layihə təqdim olundu

13:30 23 sentyabr 2026
"Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır..." - Ziqmund Freyddən sitatlar

"Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır..." - Ziqmund Freyddən sitatlar

13:00 23 sentyabr 2026
44 bədii filminin "Biz bir ailəyik" adlı yeni tizeri yayımlandı

44 bədii filminin "Biz bir ailəyik" adlı yeni tizeri yayımlandı

12:44 23 sentyabr 2026
2026-cı il "Buker" mükafatının qısa siyahısı açıqlandı

2026-cı il "Buker" mükafatının qısa siyahısı açıqlandı

12:31 23 sentyabr 2026
Amerikalı fotoqraf qaradərili kovboyların izində - Fotolar

Amerikalı fotoqraf qaradərili kovboyların izində - Fotolar

12:30 23 sentyabr 2026
“Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olundu

“Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olundu

12:16 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər