ABŞ prezidenti Co Bayden 19 nəfərə ölkənin ən yüksək mükafat olan “Prezident Azadlıq Medalı” təqdim edib.
Kulis.az xəbər verir ki, mərasimdə idman dünyasından musiqi və kino dünyasına qədər müxtəlif sahələrin nümayəndələri mükafatlandırılıb.
Mükafat alanlar arasında Amerikanın “Vogue” jurnalının baş redaktoru Anna Vintur, "U2" qrupunun solisti Bono və milyarder Corc Soros da olub.
Əsl adı Paul David Hyuson olan Bono əvvəllər Fransanın ən yüksək ordeninə layiq görülüb və cəngavər titulunu alıb.
Keçmiş dövlət katibi Hillari Klinton, aktyor və rejissor Denzel Vaşinqton, futbolçu Lionel Messi, keçmiş basketbolçu və biznesmen Ervin Conson mükafat alanlar sırasındadır.