Cəhənnəmin temperaturunu ölçən, mələklərin sürətini hesablayan alimlər - Elmi necə populyarlaşdırmısınız?

Cəhənnəmin temperaturunu ölçən, mələklərin sürətini hesablayan alimlər - Elmi necə populyarlaşdırmısınız?
14 aprel 2025
# 10:00

Kulis.az AMEA-da Elm Gününə həsr olunmuş tədbirlə bağlı Yalçın İslamzadənin yazısını təqdim edir.


Bir neçə gün əvvəl AMEA-da Elm Gününə həsr olunmuş tədbir keçirilib. Akademiyanın prezidenti İsa Həbibbəyli çıxışında "AMEA dünya elmində vacib qərarların, elmi istiqamətlərin müəyyənləşdirilməsində öz sözünü deyir" deyib.

AMEA "kvant sıçrayışı"nı nə zaman reallaşdırdı ki, xəbərimiz olmayıb? Çıxışlarda maksimum pafos sovet ənənəsidir, yaşayır hələ də.

Tədbirə dəvət olunanlar arasında BDU-nun keçmiş rektoru Abel Məhərrəmov da varmış, müğənniyə hüquq diplomu verən, tələbəyə "Pul versən, sən də keçərdin" deyən şəxs.

Əxlaqsız Qərbdə belə şəxsi belə tədbirlərə dəvət etməzdilər bu və digər skandallardan sonra. Şərqdən fərqli olaraq, orda akademik etika var.

Məni blok edib, yoxsa Müşfiq Ötgün-Şükürova yazardım ki, həmin rektora rüşvətə görə ictimai etiraz edən "Şiraslan kişi" deyildi, bir xanım idi.

Axırda elmin populyarlaşdırılmasında göstərdikləri xidmətlərə görə bir sıra alim, mütəxəssis və jurnalistə "imzalı sertifikat" verilib.

Kimlər elmi populyarlaşdırıb? Konkret nə ediblər? Hansı jurnalist, hansı qəzetəsində?

Bunlar heç elmin populyarlaşdırılmasının nə olduğunu belə tam tuta bilməyiblər.

Biz AMEA alimlərini psevdoelmi populyarlaşdıran görürük.

- Cəhənnəmin temperaturunu ölçən,

- Mələklərin sürətini hesablayan,

- Hovuzuna nərdivan tapmaq üçün seyid cəddini köməyə çağıran,

- Adnan Oktarı "görkəmli türk alimi" kimi təqdim edən AMEA işçiləri olub.

AMEAnın elmin populyarlaşdırılmasına yeganə xidməti belə psevdoelmi fikirlər irəli sürmələri və etiraz üçün imkan yaratmalarıdır ki, belə münaqişələr münaqişəsiz yazıya görə, oxucuların daha çox diqqətini cəlb edir.

AMEA,

- Gənclər və uşaqlar üçün elmi-populyar jurnal nəşr etmir,

- Elm və həyat jurnalının üzünü görən yoxdur,

- Alimlər psevdoelmi iddialar qarşısında heç bir mövqe bildirmirlər

- İctimai çıxışlar etmirlər

- Kitablar yazmırlar

- Yutub kanalınız yoxdur

- Kitab tərcümə etmirsiniz vs.

Harda populyarlaşdırmısınız elmi?

Ölkədə bütün sahədə inzibatçılıq hökm sürür. Fəaliyyətləri isə imitasiyadan və görülməyən işlərin hesabatından və mükafatlandırılmasından ibarətdir.

Əlavədəki şəkil akademik İsa Həbibbəylinin AMEA kitabxanasına bağışladığı kitablardır. Mən o şəkildə nə ingiliscə, nə son dövrlərdə Azərbaycan dilinə tərcümə olunmuş ciddi kitabları, nə də ciddi fikir adamlarının əsərini görə bildim.

Akademikin mütaliə dairəsi çox daha geniş olmalıdır.

Tədbirin sonunda Anara həsr olunmuş kinoya baxıblar. Gələn il eyni şəxslər bir daha yığışacaqlar. Qoca Şərqdə dəyişikliyə pis baxırlar.

# 4340 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər