"Caz rəsmlərdə" yaradıcılıq sərgisi

"Caz rəsmlərdə"  yaradıcılıq sərgisi
17 mart 2024
# 11:56

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan Dövlət Rəsm Qalereyasında “Caz rəsmlərdə” yaradıcılıq sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, dünya şöhrətli Azərbaycan bəstəkarı və cazmeni Vaqif Mustafazadənin xatirəsinə həsr olunan yaradıcılıq sərgisinin açılış mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, rəssamlar, yazıçılar, mədəniyyət, təhsil və başqa sahələrin nümayəndələri iştirak ediblər.

Çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov böyük cazmen Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında danışıb. İdarə rəisi qeyd edib ki, caz-muğam üslubunu yaradan Vaqif Mustafazadə dünya cazına Azərbaycan caz elementləri əlavə edib. Bu gün Azərbaycan cazı dünyanın dörd tərəfində səslənir.

Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov çıxışında yaradıcılıq sərgisi haqqında geniş məlumat verib. O, bildirib ki, sərgidə Vaqif Mustafazadə də daxil olmaqla dünya caz ulduzlarının tanınmış simaları Frank Sinatra, Nina Simone, Carlz Lloyd kimi görkəmçi cazmenlərin portretləri və caz kompozisiyaları yer alıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İman Mustafayev çıxış edərək qeyd edib ki, regionlarda bu cür yaradıcı sərgilərin təşkil olunması tamaşaçı zövqünü oxşayır.

Çıxışlardan sonra Salyan Dövlət Rəsm Qalereyasının sərgi salonunda nümayiş olunan rəsm əsərlərinə baxış olub.

Qeyd edək ki, “Caz rəsmlərdə” yaradıcılıq sərgisində 7 peşəkar, 11 yeniyetmə və uşaq olmaqla 18 nəfər rəssamın ümumilikdə 34 ədəd rəsm əsəri nümayiş olunur. Caz mövzulu tablolar əsasən portret, veduta və peyzaj janrındadır. Rəsm əsərlərində abstrakt, mazok, realizm üslubları qabarıq formada göstərilib.

“Caz rəsmlərdə” yaradıcılıq sərgisində nümayiş olunan əsərlər arasında Aynur Abbasovanın “Əzizə ilə görüş”, “Naməlum saksafonçu”, “Frank Sinatra”, “Nina Simone”, Coşğun Məmmədovun “Bakı gecələrinə qarışıram”, “Axşam radiosu”, "Şahin Növrəsli”, Türkan Axundovanın “Çarlz Lloyd”, İlham İsayevin “Mənim gördüyüm yuxu”, İnqilab Abdullayevin “İçərişəhərə improvizasiya”, Ayla Mahmudovanın “Caz, mən səni sevirəm”, Xəyal Abdullayevin “Vaqifin portreti” və digər rəsm əsərləri sərgiyə gələn izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgidə Salyan rayon Mədəniyyət Mərkəzinin Əməkdar artist Həsənağa Sadıqov adına “Mahirlər” Xalq Ailə Ansamblının üzvləri - cazmenlər Elşən və Elçin Sadıqovlar və Ruslan Qurbanov müxtəlif caz kopmozisiyaları ifa ediblər.

Qeyd edək ki, Vaqif Mustafazadənin xatirəsinə həsr olunan “Caz rəsmlərdə” yaradıcılıq sərgisinin nümayişi martın 30-dək davam edəcək.

# 3272 dəfə oxunub

Oxşar xəbərlər

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb

18:20 2 noyabr 2026
Görkəmli aktyor blüz janrında albom yayımladı

Görkəmli aktyor blüz janrında albom yayımladı

18:00 2 noyabr 2026
“Dəmir Yolları – zamanın obyektivində”  mövzusunda fotomüsabiqə

“Dəmir Yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə

17:42 2 noyabr 2026
Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

Tarixi karvansara mərkəz kimi fəaliyyətə başladı

17:30 2 noyabr 2026
Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

Əfsanəvi sehrbazın xatirəsinə tədbirlər təşkil olunur - Vəfatının 100-cü ildönümü münasibətilə

17:00 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər