Berqmanın retrospektivi təqdim ediləcək

Berqmanın retrospektivi təqdim ediləcək
17 oktyabr 2022
# 12:40

Azərbaycan Kinematoqrafçılar İttifaqının İsveç Krallığının Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı davam edir. Belə ki, noyabr ayında başlanacaq növbəti təqdimatda kino və teatr rejissoru, ssenarist İnqmar Berqmanın filmlərinin nümayişi təşkil ediləcək.

Kulis.az xəbər verir ki, “Berqmanla üzbəüz” layihəsi çərçivəsində noyabr ayının 1-də, 8-də, 15-də və 22-də saat 19:00-da “Azərbaycan” cinemaPlusda “Pıçıltılar və qışqırıqlar”, “Yeddinci möhür”, “Fanni və Aleksandr”, “Persona” filmləri orijinal dildə, azərbaycanca və ingilis dilində altyazılarla nümayiş olunacaq.

Filmlərin moderatoru Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlov və kinoşünas Sevda Sultanova olacaq.

Qeyd edək ki, dünya kino tarixində özünəməxsus dəst-xəttilə seçilən İ.Berqman filmlərində insan psixologiyasının dərinliklərinə varmaqdan çəkinmir, kino dilinin sərhədlərini genişləndirir. O, bütün filmlərində demək olar ki, insan və yaradan münasibətlərindəki problemləri ön plana çəkir, ciddi ruhsal mövzuları sərt şəkildə kino dilinə çevirir. Onun uşaqlıq travmaları, xatirələri də hər filmində müəyyən qədər özünü büruzə verir.

Dünya kinosuna Bibi Andreson, İnqrid Tulin, Liv Ulman, Maks fon Syudov, Erlanda Yosefson kimi dahi aktyorlar bəxş etmiş, daimi həmkarı, kinooperator Sven Nyukvistlə təsvir həlləri ilə dünya kinosunun xəzinəsini yaratmışdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi layihənin keçrilməsinə dəstək göstərən İsveçin ölkəmizdəki səfirliyinə minnətdarlığını bildirir.

# 2663 dəfə oxunub

Oxşar xəbərlər

Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

Mehriban Əliyevadan Xalq şairinin vəfatı ilə əlaqədar - Paylaşım

15:10 1 avqust 2026
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı - nekroloq imzaladı

14:35 1 avqust 2026
"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

"Dünya qaydasındadır: Ölənlər — altda, yaşayanlar — üstdə..." - Anne Hebert

13:40 1 avqust 2026
Azərbaycan Dili Günü ilə bağlı Britaniya səfirindən paylaşım

Azərbaycan Dili Günü ilə bağlı Britaniya səfirindən paylaşım

12:15 1 avqust 2026
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

11:20 1 avqust 2026
XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Muğam Axşamı

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Muğam Axşamı

10:40 1 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər