Azərbaycanlı rejissorun filmi Beynəlxalq Qadın Film Festivalında

Azərbaycanlı rejissorun filmi Beynəlxalq Qadın Film Festivalında
7 mart 2023
# 10:00

Azərbaycanlı rejissor Təhminə Rafaellanın “Banu” filmi Misirdə keçirilən 7-ci Asuan Beynəlxalq Qadın Film Festivalında təqdim olunub.

Kulis.az xəbər verir ki, Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan “Banu” filmində Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən rol alıblar.

Ekran əsərində hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir.

Açılış mərasimində Misirin mədəniyyət naziri Nevin Əl-Kilaninin iştirak etdiyi festivalda Avropa, Asiya, Amerika, Afrika və Yaxın Şərq ölkələrindən olan qadın kinorejissorların lentə aldıqları 61 film iştirak edir.

Martın 10-dək davam edəcək kinofestival çərçivəsində seminarlar, sərgilər və filmlərin yaradıcı heyətləri ilə görüşlər də təşkil olunacaq.

# 2105 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər