Azərbaycan rejissorunun filmləri İsraildə

Azərbaycan rejissorunun filmləri İsraildə
7 aprel 2025
# 16:30

İsraildə Azərbaycan rejissoru Rüfət Əsədovun iki yeni ekran əsərinin - “Sevgimizin yolları” və “Mənim dostum Meir” filmlərinin təqdimatı olub.

Kulis.az xəbər verir ki, “Sevgimizin yolları” filminin ilk təqdimatı Afula şəhərində baş tutub. Təqdimat mərasimi Diasporla İş üzrə Dövlət Komitəsinin və Afula şəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilib.

Azərbaycan əsilli aşkenazi yəhudisi və müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edən ekran əsərində İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur.

Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdır.

Eyni zamanda, İsrailin Kiryat-Byalik şəhər Bələdiyyəsinin və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Rüfət Əsədovun “Mənim dostum Meir” filminin təqdimatı olub.

Filmdə ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları Azərbaycana sonsuz məhəbbətləri, Vətənə bağlılıqları tərənnüm olunur.

Həmçinin ekran əsərində dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs edilir.

Qeyd edək ki, təqdimatın sonunda rejissora “Dağ yəhudiləri mədəni və tarixi irsinin qorunması” Mədəniyyət Mərkəzinin və Kiryat-Byalik şəhər Bələdiyyəsinin rəsmi minnətdarlıq məktubu təqdim olunub.

# 2243 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər