Aqşin Yenisey: "O ziyalı erməni dili ilə qürur duyacaqdı"

Aqşin Yenisey:  "O ziyalı erməni dili ilə qürur duyacaqdı"
20 fevral 2025
# 17:46

"Ağır çəkili ziyalımız deyir ki, rus dili olmasaydı, mən adam olmayacaqdım. Anlamır ki, rus dili onu millət ola bilməsin deyə adam edib".

Kulis.az xəbər verir ki, bu sözləri yazıçı Aqşin Yenisey öz feysbuk profilində yazıb.

Onun dediyinə görə, rus dilinə tanınan imtiyazlar erməni dilinə tanınsaydı, bu gün rus dili ilə qürur duyanlar erməni dili ilə qürur duyacaqdı:

"Belə çıxır ki, ana dilimizdə adam olmaq mümkün deyil. Ona görə mümkün deyil ki, ana dilinin vətəndaş qarşısında daşımalı olduğu bütün intellektual öhdəliklər düşünülmüş şəkildə rus dilinin üzərinə qoyulub. Eyni intellektual öhdəliklər erməni dilinin də üzərinə qoyulub bizə təqdim olunsaydı, o ziyalı indi onu adam etdiyinə görə erməni diliylə qürur duyacaqdı".

Aqşin Yenisey hesab edir ki, çarə rusdilli məktəbləri bağlamaqdır:

"Nə qədər ki, Azərbaycanda rusdilli məktəblər olacaq, Azərbaycan dili zənginləşməyəcək! Ölü olmasa da, ölüvay bir dil olaraq qalacaq. Çünki millət yox, adam olmaq istəyənlər rus dilinin yaratdığı milli tənbəllikdən faydalanacaqlar. Eynən cəmiyyət qurmaq zəhmətinə qatlanmaqdansa, hazır qurulmuş cəmiyyətlərə köçüb faydalanmaq istəyənlərimiz kimi".

"Azərbaycan dilinin məişət dili səviyyəsində, folklorik məzmunda ilişib qalmasının səbəbi rus dilinə yaradılan ideoloji şəraitdir".

Onun dediyinə görə, rus dilini müdafiə edənlər çoxu yaşı 60-ı ötənlərdir:

"Rus dili" kərənayını çalan adamların çoxu yaşı 60-ı ötənlərdir. Həyatda qazandıqları hər şeyə görə bu dilə borcludurlar. Bu dildə Azərbaycanın nələr itirdiyi onları maraqlandırmır. Başa düşüləndir. Çünki bu dil azərbaycanlılara elə buna görə öyrədilib; şəxsi mənafeyini təmin etsin, milli mənafeyini unutsun. Azərbaycan dilinin məişət dili səviyyəsində, folklorik məzmunda ilişib qalmasının səbəbi rus dilinə yaradılan ideoloji şəraitdir".

Qeyd edək ki, Ayaz Salayevin Baku TV-də rus dili ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Onun sözlərinə görə, Azərbaycan dili üçün ən böyük təhlükə rus dili yox, türk dilidir.

# 5584 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər