ADU-da Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılışı oldu

ADU-da Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılışı oldu
19 oktyabr 2022
# 18:00

Oktyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılışı olub.

APA xəbər verir ki, açılış mərasimində Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos, Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Amerikanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi və başqaları iştirak ediblər.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib, yeni açılan mərkəzin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ADU dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir:

“Bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Hər bir azərbaycanlının qəlbində Yunanıstanın tarixinə, mədəniyyətinə böyük sevgi var. İnanıram ki, bizim tələbə və müəllimlərimiz bu mərkəzin daimi üzvləri olacaq, mərkəz onların yunan sevgisini bir az da artıracaq”.

Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos rektora təşəkkürünü bildirib, gələcəkdə də Azərbaycan və Yunanıstan arasında olan münasibətlərin inkişaf edəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, əlaqələrin elmi, mədəni, siyasi inkişafı hər gün artmaqdadır:

“Göstərdiyiniz diqqətə və səmimi görüşə görə sizə öz minnətdarlığımı bildirirəm. İnanıram ki, bu mərkəz tələbələrə, müəllimlərə faydalı olacaq, onların tədqiqat işlərinə öz töhfəsini verəcək. Azərbaycan Dillər Universitetində Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılması bizə onu deməyə əsas verir ki, mərkəzin xidmətlərindən universitetin Yunanıstan və digər Avropa ölkələri üzrə ixtisaslaşan tələbələri, Azərbaycan–Yunanıstan əlaqələri ilə maraqlananlar istifadə edəcəklər.”

Mərkəzin açılışından sonra Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb, onlara mühazirə oxuyub. Görüş tələbələrin sualları ilə davam edib.

# 2441 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər