Yeni "B 1.1.7" virusundan necə qorunaq? - Vəziyyət dəyişir

Yeni "B 1.1.7" virusundan necə qorunaq? - Vəziyyət dəyişir
23 dekabr 2020
# 11:37

Keçən il Çinin Uhan əyalətindən dünyaya yayılan koronavirus epidemiyasının bir ili tamam oldu. Bir ildir dünya gözə görünməyən düşmənlə apardığı müharibədə hələ ki, qalibiyyət əldə edə bilməyib. Epidemiyanın peyvəndinin tapılması və ilk sınağının həyata keçirilməsinin sevincimizə səbəb olduğu bir məqamda İngiltərədən gələn xəbərlərlə yenidən dəhşətin eşiyinə yuvarlandıq.

Koronavirusun mutasiyaya uğraması dünya gündəminə bomba kimi düşdü. Köhnəsinin stresindən hələ çıxmamış yenisinin varlığı bütün dünyada olmaqla ölkəmizdə də panikaya səbəb oldu.

Sosial mediada sürətlə yayılan dəhşət ssenariləri insanları psixoloji olaraq çıxılmaz vəziyyətə salır. Bir sözlə vətəndaşları koronavirusun yeni növü deyil, sosial mediadakı paylaşımlar qorxuya salır. Bir neçə gündür panika havası əməlli başlı artmağa başlayıb. Vəziyyətin gərginliyi o həddə çatıb ki, insanlar mütəxəssislərdən çox naməlum şəxslər tərəfindən tirajlanan heç bir əsası olmayan xəbərlərə inanır. Məsələn sosial şəbəkələrdə mutasiyaya uğrayan koronavirusun peyvəndlərə qarşı dözümlü olduğu haqqında xəbərlər dolaşır. Halbuki koronavirusun mutasiyaya uğradığını açıqlayan İngiltərənin Səhiyyə Naziri Matt Hankok yeni növ Covid-19-un peyvəndlərə qarşı dözümlü olmasına dair hər hansı bir faktın olmadığını dedi. Mütəxəssislər Azərbaycanla bağlı da qorxulu proqnoz vermir. Qeyd olunur ki, Hələ ki B 1.1.7 bizim üçün təhlükə kəsb etmir. Dünya bu tip virusa az da olsa, haazırdır, təcrübəsi var. Çox güman ki, tədbirlər sayəsində Azərbaycanagəlib çıxmayacaq.

Bizim əsas problemimiz virusun mutasiya olmuş forması yox, mövcud virusun sürətli yayılması, xəstəxanaların dolması, personal çatışmazlığı, dərmanların hamı üçün əlçatan olmamasıdır.

Ortada ciddi bir xəbər kirliliyi ilə yanaşı araşdırmağa həvəssiz və panikaya meyilli insan toplusu var. Ona görə də hazırda epidemiyaya fiziki yoluxmalardan çox mənəvi yoluxmalar baş alıb gedir. Hazırda yeni növ koronavirusun xələfindən daha öldürücü təsirə malik olmasına dair bir fakt olmadığı halda, məlumatları sosial şəbəkələrdən alıb psxiloji böhrana girən insanların sayı günbəgün artmaqdadır. Yeni növ koronavirusun əvvəlkindən ciddi bir fərqə sahib olmadığına qane olmaq üçün qulaqlarımızı vatsapdan yayılan səs yazılarına, videolara, gözlərimizi Feysbukda, İnstaqramda, Tvitterdə tüğyan edən qaynağı bəlli olmayan məlumatlara bağlamalyıq.

Koronavirusun yayılmasının qarşısını almaq üçün sosial məsafə, əlcək, maska, gigyeniya nə qədər əhəmiyyətlidirsə, saxta və yanlış xəbərlərin yayılmasının qarşısının alınması üçün də diqqət bir o qədər əhəmiyyətlidir.
Daha çox oxunmaq, “Like” toplamaq üçün əsassız məlumatlar paylaşanların yaydığı psixoloji infeksiyanın dezinfeskiayası daha çətindir. Mövcud olan bəlalara qarşı panika yaratmaq yox, vəziyyətlə barışmaq və lazım olan tədbirləri əldən verməmək, yeri gələndə soyuqqanlı davranmaq lazımdır. Məsələn bunun ən yaxşı örnəyini ABŞ-ın keçmiş prezidenti Donald Trampda gördük. Koronavirusa yoluxan Tramp sağalandan sonra Tvitterdəki hesabından belə bir paylaşım etdi:

“Koronavirus haqqında çox şey öyrəndim. Dəqiq olan bir şey var. Virusun sizi ələ keçirməsinə izn verməyin, ondan qorxmayın”.

Çünki qorxu virusdan daha sürətli yayılır və nəticələri daha sarsıdıcıdır. Xəstəliyin yayılmaması və yoluxmamaq üçün qaydalara tam sürətlə davam etməklə yanaşı, xəbər və məlumat ehtiyacmızı ancaq mütəxəssislərdən almağa, bu bəladan daha az mənəvi sarsıntı ilə xilas olmağa çalışmaqdan başqa yolumuz yoxdur. Ona görə də bu xəstəliyin yayılma sürətinin azalmasında hər kəsin payı olmalıdır. Çünki məlumat epidemiyası ən az koronavirus qədər realdır. Özümüzü və sevdiklərimizi qorumaq üçün virusa qarşı olduğu kimi məlumat epidemiyasına qarşı da hər cür tədbirlərimizə başlayaq.

# 2338 dəfə oxunub

Oxşar xəbərlər

Bu sənətçilərin fəxri adları əllərindən alındı

Bu sənətçilərin fəxri adları əllərindən alındı

10:38 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

10:29 23 noyabr 2024
Xankəndi şəhərində ilk solo konsert keçirilib

Xankəndi şəhərində ilk solo konsert keçirilib

10:25 23 noyabr 2024
Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

Bəstəkarlar İttifaqının 90 illiyi münasibətilə konsert proqramı

10:19 23 noyabr 2024
"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
# # #