Şou əhlinin Qarabağ səfəri niyə narazılıq yaradır?

Şou əhlinin Qarabağ səfəri niyə narazılıq yaradır?
28 dekabr 2020
# 14:15

Günlərdir insanların sosial şəbəkələrdə müzakirə etdiyi bir mövzu var. 28 il sonra işğaldan azad olunan torpaqlara kimlər getməlidir?

Əslində, haralı olmasından, peşəsindən, ictimai-siyasi mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlının Qarabağa getmək haqqı var. Mərhələli şəkildə ürəyi istəyən hər kəs o torpaqlara ayaq basmalı, o dağıntıları canlı görməli, 28 illik göz dağımızı ömürlük göz yaddaşına həkk etməlidir. Çünki bu günə qədər başımıza nə gəlibsə, unutqanlıqdan gəlib.

Biz həm də o torpaqları, viran qalan yurd yerlərini incəsənətə köçürməli, ədəbiyyata çevirməliyik. Lakin biz bunun üçün tələsmirik.

Qarabağa yazıçılarımız, rejissorlarımız, peşəkar fotoqraflarımız da getməlidir. Peşəkar reportyorlar, jurnalistlər var ki, əlləri-qolları bağlı oturublar. Amma kimsə Şuşadan asanlıqla reportaj edir İnstagramda.

Getdikləri şəhərlərin işğal tarixini bir vaxtlar soruşanda gözünü döyən müğənnilər bu gün o yerlərdən selfi paylaşır.

Əlbəttə, müğənnilər də getməlidir, konsertlər də təşkil olunmalıdır, festivallar da keçirilməlidir. Ötən həftə Aygün Kazımova, Tüzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və bir çox məşhur müğənnilər dövlət televiziyası ilə birlikdə Şuşaya yola düşdülər. Əsgərlərimizin musiqiyə, əyləncəyə də ehtiyacı var. Amma mənə elə gəlir bu, ən sonuncu mərhələdə görüləcək işdir.

Bu gün Ağdamın dağıntıları peşəkar fotoqrafların kadrları ilə dünyaya yayılmalıdır. Filmlər üçün kadrlar çəkilməli, arxiv materialları toplanmalıdır. Bizim Şuşada konsert verməyə də, Cıdır düzündə yallı getməyə də vaxtımız çox olacaq.

Yadınızdadırsa, ünlü türk yazıçı Əlif Şəfəq Tvitterdə bir erməni sənətçisinin videosunu paylaşmışdı. Müharibənin hələ davam etdiyi günlərdə erməni musiqiçisi Şuşada zərər çəkən kilsənin dağıntıları içində viyolonçel ifa edirdi. Biz erməniləri söyüb, məntiqsiz karikaturalarla “sənət əsəri” yaradana qədər onlar artıq dünyaya incəsənətin əli ilə hay salmağı bacarmışdılar. O qədər effektli olmuşdu ki, hətta türk yazıçı belə ürək yanğısı ilə o videonu paylaşmışdı.

Ağdam Azərbaycanın Drezdenidir. Dünyada yalnız Drezdendən sonra bu miqyasda dağıntıya məruz qalan ikinci mədəniyyət beşiyidir.

Xalq artisti Mənsum İbrahimovla Təyyar Bayramov Ağdam Dövlət Dram Teatrının dağıntılarının önündə “Qarabağ şikəstəsi” oxumuşdu.

Gənc skripka ifaçısı bir xanım Füzulidə dağıntıların qarşısında skripkada “Sarı gəlin”i ifa etmişdi.

Bu, yaradıcılıq idi, dünyaya mesaj idi. Amma nümunələr azdır.

Düşünürəm ki, Qarabağa səfər edən bütün incəsənət adamları o səfərə yaradıcılıq rakursundan yanaşmalıdır. Biz o torpaqları yalnız selfi çəkdirmək, konsert vermək üçün azad etməmişik.

Bu səbəbdən xeyli narazılıq edənlər oldu. Sosial şəbəkələrdə bir xanım var, əyninə hərbi forma geyinib işğaldan azad olunan bütün şəhərlərdə fotolar çəkdirir. Bir dəfə marağıma məğlub olub souşdum ki, ora necə gedib. Dedi, filankəs dostumdur.

Məsuliyyət daşıyan qurumlar bir az diqqətli olmalıdır. Qarabağ haqqında ən sadə məlumatlara ilk dəfə 44 günlük müharibədə yiyələnən İnstagram qəhrəmanlarının keçdiyi postu yazıçılar, peşəkar fotoqraflar keçə bilmir.

Biz şəhidlərimizin qanı bahasına işğaldan azad olunan torpaqlarımızla onun müqəddəsliyinə layiq görüşlər keçirməliyik.

# 5137 dəfə oxunub

Oxşar xəbərlər

Əhməd Cavadın nəticəsi və  adaşı:  "Deyirdilər ki, onu yandırıb dənizə atıblar, ya da Nargində dəfn ediblər..."

Əhməd Cavadın nəticəsi və adaşı: "Deyirdilər ki, onu yandırıb dənizə atıblar, ya da Nargində dəfn ediblər..."

15:00 12 oktyabr 2026
"Oskar"lı aktrisanın qorxu filmi  kassa reytinqinə başçılıq edir

"Oskar"lı aktrisanın qorxu filmi kassa reytinqinə başçılıq edir

14:30 12 oktyabr 2026
Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü

Azərbaycanlı rəssam beynəlxalq yarışmada üçüncü yerə layiq görüldü

14:00 12 oktyabr 2026
Azərbaycanlı musiqiçi intihar etdi

Azərbaycanlı musiqiçi intihar etdi

12:56 12 oktyabr 2026
Akademik Nizami Cəfərov: "Vahid məktəbli geyimi olmasa, tədris mühiti yaratmaq, normal dərs keçmək mümkün olmaz"

Akademik Nizami Cəfərov: "Vahid məktəbli geyimi olmasa, tədris mühiti yaratmaq, normal dərs keçmək mümkün olmaz"

12:30 12 oktyabr 2026
"İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!" - Azadlığına sahib çıx!

"İran öz ölkəsində uduzduğu davanı Azərbaycanda aparmaq istəyir!" - Azadlığına sahib çıx!

11:41 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər