Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar

Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
9 iyul 2020
# 11:19

Evdə, küçədə, tıxacda, futbol izləyəndə, filmlərdə, reklamlarda, növbələrdə, feysbukda söyüş... Həyatımızın hər sahəsinə, hər yerinə sızmış, hər budağına qonmuş, varlığını qəbul etdirmiş – söyüş...

Əziz və hörmətli oxucular! (Söyüş söyməyən, əks fikrini belə normal ifadə edən gözəl oxucuları deyirəm) Azərbaycanda yazar, sənətçi, fərqli düşüncədə doğulmaq həyata bir sıfır məğlub gəlmək, məğlub yaşamaqdır. Ən çox da müğənnilər və yazarlar birmənalı şəkildə söyülür, təhqir edilirlər.

Ümumiyyətlə, biz niyə söyüşsüz yaşaya bilmirik? Cavabı sadədir. Çünki əksər azərbaycanlılar özlərini söyüşlə, kimisə linç eləməklə ifadə edə bilirlər.

Söyüşcül qruplar daha çox sosial şəbəkələrdə pusquda gözləyirlər. Saytda seks, şou başlıqlı yazı görən kimi sürü kimi rəylərə axın edirlər. Söyüşün biri bir qəpikdən...

Başlığa baxıb söyüş yazarlar? Bu necə mədəniyyətsiz, qeyri-etik münasibətdi? Aç, bax, oxu, sonra fikir yaz. Tələsmə. Yazını oxumağa, anlamağa çalış. Bizim camaatın bir-birini dinləməyi, oxumadan fikir bildirməyi olmaya da. Yazını oxumur, başlığa görə söyüş söyür. Dünyanın harasında belə bir şey görünüb? Gəlin, körpüləri yandırmayaq, müəllifə böhtan atmayaq. Ola bilər yazı zəifdir, amma istənilən halda müəllif buna görə söyülməlid deyil.

Cəmiyyətin söyüşcül olmasının bir sıra səbəbləri var. İlk olaraq normal seks münasibətləri yoxdu. İnsanları şüuraltına vuran cinsəl məsələlər emosianal anlarda özünü biruzə verir. Seks yanğısını söyüşlə öldürməyə çalışır, bir növ “cinsi əlaqə”də dili ilə olur. Bir neçə ağız söyəndən sonra cinsi təminatsızlığını qismən unudur.

Gündə mentalitet məsələlərinə görə ailə daxili cinayətlər, hadisələr baş verir. Öz hüquqlarımızı, qanunlarımız bilmir, tələb də etməyi bacarmırıq. Varlı, elit təbəqəyə qəzəbimiz var. Onları gözümüz götürmür, sevmirik. Sanki o insanlar başqa planetdən gəliblər.

Yığılan, toplaşan bu qəzəb, aqressiya bir fağır yazarın, şarin başında partlayır. Hər hansı bir yazıda Allahdan, dindən, seksdən, qadından, mental dəyərlərdən, tabulardan yazırsan, fərqli nələrsə düşünməyə başlayırsan, vay halına. Raskolinkovun baltası ilə hücuma keçirlər. Üzr istəyirəm, Dostoyevskinin ruhu inciyər. Bu nadanlara böyük yazıçının obrazını yaraşdırmaq olmaz.

Amma, böyük şəxsiyyətlərdən Freyd hesab edirdi ki, daş atmaq əvəzinə söyüş söyən ilk insan sivilizasiyanın təməlini qoymuşdur. İstənilən halda söyüşü dəhşətli hadisə hesab etmirəm. Söyüş insanın özünü ifadə formasıdır. İnsanların içində yığılan qəzəbin, nifrətin təbii halıdır. Bəzən stress atmaq üçün mən də zindeyi-zəhləm gedən adamların arxasınca yüngülvari söyüş söyürəm. Bununla da müəyyən qədər təskinlik tapıram. Sosial şəbəkələrdə isə heç vaxt söyüş yazmamışam. Buna ehtiyac duymamışam. Hirsimi insanların üstünə tökməyi sevmirəm. Söyüşə əhəmiyyət vermirəm, bu barədə çox tolerantam. Çünki çox yaxşı bilirəm ki, söyüş söyən adamın səviyyəsinə düşsəm, boğularam. Sokratın atalar sözləri kimi fikirləri var. Deyir, əgər küçədə eşşək anqırırsa, mən eşşəyə anqırmaqla cavab vermək məcburiyyətində deyiləm.

Elm bu günlərdə söyüşün “əslində yaxşı bir şey” ola biləcəyini söyləyən bir sıra tezislər irəli sürdü. Araşdırmalara görə, söyüş söymək daha çox zarafat eləmək və səmimi olmaqla əlaqəli imiş. Söyüş və səmimiyyətsizlik arasındakı münasibət çətin bir məsələdir. Söyüş söymək çox vaxt uyğunsuz, qeyri-etik görünə bilər, ancaq eyni zamanda bəzilərinin sizə səmimi olduqlarını ifadə etdiyinin sübutu da ola bilər.

Bizdə isə söyüş bu cür deyil, söyüş alçaltmaq üsuludur bizdə. Daha çox da kişilərə xasdır. Kişi o biri kişini söyərkən, onun həyatındakı qadınları vurur. Belə olanda biz söyənin bunu edəcəyini, yaxud etmək istədiyini düşünüb əsəbləşirik. Yəni o adam bizim ən incə damarımızdan vurur.

Bir də var gücün çatmadığına söymək. Sözünü o kəsə deyə bilmirsən, qalırsan əlacsız və acığını qabağına çıxan yazardan çıxırsan. Bu söyüş də səni soyutmur və daha çox söymək üçün yer axtarırsan. Hətta mən fikir vermişəm, cəmiyyət tərəfindən söyülən kəslər də söyməyə adam axtarır. Hesablayır, tərəzidə ölçür, görür bu ondan daha çox söyülür və o da həmin adamı söyür. Beləliklə, biz söyməyə yer axtara-axtara bir-birimizdən acığımızı çıxırıq.

Amma bunu da deyim, yazımın son cümləsi olsun: "Söyüş acizlikdir, söyüşü aciz adamlar işlədir".

# 3441 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #