Ayağını itirmiş qazi ilə ailə quran Günelin gözləri

Ayağını itirmiş qazi ilə ailə quran Günelin gözləri
8 yanvar 2021
# 12:47

Müharibə böyük və uzunmüddətli ağrıdır. Ard-arda gələn ölüm xəbərləri, yaxınlarını itirmək qorxusu, yarımcan qayıdan insanların həyata, dünyaya əvvəlki gözlə baxa bilməməsi…

Ona görə də müharibə olan bir ölkədə insanların psixologiyasının qaydasında olmasını gözləmək olmaz. Gözümüzü açandan yaşadığım coğrafiyada müharibə var. Qulaqlarımız müharibə hekayələri ilə doludur.

Müharibənin bizim üzərimizdə yaratdığı mənəvi xaos güclüdür. Bu xaosun, ruhi çöküşün ortasında yaralı ruhumuza günəş kimi doğan hadisələr də baş verir.

Məsələn, Talış yüksəkliyi uğrunda döyüşlərdə bir ayağını itirən Abbasın dünya evinə girməsi xəbəri müharibənin ağrılarını az da olsa xəfiflətdi.

Qazimizin məğrur xanımı Günel baxışları ilə dünyaya, savaşlara, ümidsizliklərə, çarəsizliklərə meydan oxuyurdu.

Müharibə nə qədər dəhşətli olur-olsun, sevgidən güclü deyil mesaj ötürürdü dünyaya.

Müharibənin başladığı ilk günlərdə məhəlləmizdəki mağazada kassir işləyən zərif qız xeyli düşüncəli idi. Pulu kassadan baxmadan çıxarıb mənə uzadanda gördüm artıq verir. Təlaşlı idi. Bir gözü telefonda, digər gözü radioda diktorun səsləndirdiyi cəbhə xəbərlərində idi. Soruşdum, cəbhədə kimin var? Çəkinmədən dedi, sevgilim! Bunu elə məhrəm söylədi ki, səsindəki titrəyişdən sevginin əzəmətini hiss etdim.

Image may contain: 2 people, people sitting

Dedi, iki həftədir gedib, xəbər yoxdur. Kövrəldi. Sonra qətiyyətli tonda dedi ki: “Kaş bir qolu, bir ayağı, bir gözü olmasa da nəfəsi üstündə qayıtsın.”

İçim ürpərdi.

O gün bir daha anladım ki, müharibə olan torpaqlarda savaşan, ağrı çəkən, üşüyən, yaralanan, ölən təkcə əsgərlər deyil, həm də onların qadınları, anaları, sevgililəridir.

Qazimizin sevgilisi də onu yəqin bu arzularla gözləyib. Gözləmək necə bir duyğudur, onu ən yaxşı bir ayağını itirmiş qazi həyat yoldaşının qoluna qürurla girən o gəlin bilir. “Ya bu gün, ya sabah gələr” - deyərək, həsrətlə, sevgi ilə gözləyib. Hələ gün doğmadan gözlərini qapılara, pəncərələrə sarmaşıq edib.

Şəhid qadınlarının həyatı qədər qazi qadınlarının da həyatı çətindir. Qazi qadını olmağın başqa, spesifik çətinlikləri də var. Müharibənin travmasını bir ömür ruhunda gəzdirən insanlarla həyat qurmaq, həyata davam etmək asan deyil.

Bu ağır məsuliyyətin altına ürəklə çiyinlərini verən qadınlar müharibədə şücaət göstərən əsgər qədər qəhrəmandır.

Günel ümidi, sevgisi, inamı ilə hamımıza dərs verdi.

Sübut etdi ki, sevgi əngəl tanımır.

# 11141 dəfə oxunub

Oxşar xəbərlər

İranda Nobel Sülh Mükafatı laureatı həbs olundu

İranda Nobel Sülh Mükafatı laureatı həbs olundu

18:50 12 dekabr 2025
"Kətan ağlayırdı...” - Edvard Munk hansı əsərini çəkəndə belə demişdi?

"Kətan ağlayırdı...” - Edvard Munk hansı əsərini çəkəndə belə demişdi?

18:47 12 dekabr 2025
Nargin adasında sızıldayan sümüklər - Böyük yazıçı ilə ilk və son görüş

Nargin adasında sızıldayan sümüklər - Böyük yazıçı ilə ilk və son görüş

17:55 12 dekabr 2025
Kinematoqrafiyada zen aliliyi - Ölümündən sonra başa düşülən yapon rejissoru

Kinematoqrafiyada zen aliliyi - Ölümündən sonra başa düşülən yapon rejissoru

17:00 12 dekabr 2025
Film çəkən əllər niyə tətik çəkdi? - Şövkət Ələkbərovanın ov tüfəngi ilə intihar edən həyat yoldaşı

Film çəkən əllər niyə tətik çəkdi? - Şövkət Ələkbərovanın ov tüfəngi ilə intihar edən həyat yoldaşı

16:18 12 dekabr 2025
Luvi sivilizasiyasına aid  qədim yaşayış yerləri aşkarlandı

Luvi sivilizasiyasına aid qədim yaşayış yerləri aşkarlandı

15:20 12 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər