6 oskarlı rejissor Bin Ladendən film çəkir

6 oskarlı rejissor Bin Ladendən film çəkir
4 may 2011
# 11:16
6 Oskar almış “The Hurt Locker” filminin rejissoru Ketrin Bigelou Usama Bin Laden haqda film çəkməyi planlaşdırır. Rejissorla əvvəlki filmdə ssenarist kimi işləyən Mark Boalın sözlərinə görə, ssenarini hələ ötən ildən yazmağa başlayıb.

Ssenaridə Ben Ladenin axtarışlarının uğursuz olmasından danışılır. Variety kino nəşrinin verdiyi xəbərə görə, son olaydan sonra Boal ssenariyə Ben Ladenin öldürüldüyü Abbottabadedəki atışma səhnələrini də daxil edəcək.

Filmdə baş rolu avstraliyalı Coel Edcerton oynaya bilər. Çəkilişlərin artıq bu ilin yayında başlayacağı gözlənilir. Amma harda olacağı haqda dəqiq məlumat verilmir.

Ketrin Biqelounun Əfqanıstana nəzərdə tutulmuş səfəri isə hələlik təxirə salınıb. Amerika hakimiyyəti “Əl- Kaida” təşkilatının öz liderinə görə intiqam alacağından qorxur.


Rəna Nevzat
# 2778 dəfə oxunub

Oxşar xəbərlər

12 min illik ərazidə qazıntı işləri başladı

12 min illik ərazidə qazıntı işləri başladı

18:00 13 avqust 2026
Milli Kitabxananın təqdimatında:  “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası

Milli Kitabxananın təqdimatında: “Əfzələddin Xaqani Şirvani” elektron məlumat bazası

16:10 13 avqust 2026
“Netflix”dən yeni layihə: Tarixi-döyüş filmi

“Netflix”dən yeni layihə: Tarixi-döyüş filmi

15:50 13 avqust 2026
Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar

Milyonlarla insan tarixi astronomik hadisəni izlədi - Fotolar

15:20 13 avqust 2026
15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"

15 əsrlik abidənin son vəziyyəti - "Mersinin Ayasofiyası"

14:20 13 avqust 2026
“Yenidən doğulan torpağın övladları” layihəsi həyata keçirilir

“Yenidən doğulan torpağın övladları” layihəsi həyata keçirilir

13:50 13 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər