“Araq içib, aşiq olduq, evlənib istehsalata başladıq”
24 avqust 2011
05:00
Kulis.az Almaniyanın “Bild” qəzetinin baş redaktoru Kai Diekmannın Türkiyənin “Hürriyət” qəzetinin müxbiri, media starı Ayşə Armana verdiyi müsahibəsinin ikinci və sonuncu hissəsini təqdim edir.
- Aha, niyə çıxartdılar ki?!
- Siyasi əlaqələrimdən narahat olan baş menecer mənim dalımdan dəyməyin yollarını axtarırdı, elə bilirdi ki, başının üstündən iş görürəm, onun əleyhinə nəsə hazırlayıram. Onda 31 yaşım var idi. Başqa bir vəzifə təklif etdi mənə, məvacibi daha çox idi, amma mən qəbul etmədim...
- Niyə?
- Niyyəti məni “Bild”dən ayırmaq, sonra da “qələmimi qırmaq” idi. “Mən işimdən məmnunam, təşəkkür edirəm” dedim. Çox əsəbiləşdi, ayrı-ayrı qəzetlər də bu hadisəni yazmağa başladılar, böyük qalmaqal qopdu. Bir gün də telefon zəng vurdu, götürdüm, “zamanıdır” dedilər. “Nəyin” deyə soruşdum, cavabımda “uzaqlara getməyin” sözünü eşitdim. “Olsun” dedim və heç nə soruşmadım, getdim.
- Soruşmaq ayıb olmasın, hara?!
- Mayamiyə. Orada köhnə bir “Ford Bronco” kirayələdim. Daha doğrusu kirayələdik. Həyat yoldaşım Katya da – o zamanlar hələ sevgilim idi – mənimlə idi. Maşına mindik və cənuba istiqamət götürdük. 5 ay yollarda sərgərdan olduq. O 5 ay həyatımın ən gözəl zamanıydı, nə istədiksə, onu da etdik, qəribə macəralar yaşadıq. Əlbəttə, bilsəydim ki bu qədər təhlükəli olacaq, heç cəhd etməzdim...
- Niyə, başınıza nəsə gəlib?
- Nələr gəlmədi ki?! Meksikada 42 hindu öldürülmüşdü; biz hadisələrin episentrində idik. Rəsmən vətəndaş müharibəsinə düşmüşdük. Günlərlə sərhəddə gözləməli olduq. Sonra Quatemalaya getdik, ordan da Salvadora. Salvadorun paytaxtı San Salvadora çatanda elə yorğun idik ki... Günlərlə maşınla yol getmişdik... Bizi xəbərdar etmişdilər ki, “Köhnə Şəhər”ə girməyək və axşam qaranlığında oralarda gəzməyək. Amma biz yolumuzu azmışıq, pərişanıq. Bax onda oteli gördük. Şəhərin ən yüksək binası idi. Düz qabağımızda idi, yarısı hələ də tikilirdi, amma bunun bizim üçün heç bir fərqi yox idi. 12 mərtəbə hazır idi, qalan 13 mərtəbə hələ hazır deyildi, amma bunu vecinə alan kim idi?! Ağappaq yataq və sakit bir gecə canlanmışdı xəyalımızda. O dəqiqə yerləşdik. Gecə düz ikiyə 23 dəqiqə işləyəndə tükürpədici bir səslə oyandıq. Qiyamət günü kimi. “O nə səs idi” deməyə macal tapmamış o dəhşətli titrəmə başladı. San Salvadorun tarixində ən böyük zəlzələlərdən biri baş verirdi. Tanrı bizi qorudu, sırf təsadüf nəticəsində sağ qaldıq.
- Səyahətə davam etdinizmi?
- Bir adam həyatı boyunca neçə dəfə belə bir səyahətə çıxa bilər ki?! Əlbəttə davam etdik. Nikaraqua, Honduras, Kosta Rika, Panama... Panamada olanda zəng vurdular ki, əməliyyat qurtardı. “Həmin adamı işdən çıxardıq, qayıda bilərsən...” Əvvəlcə “Bild am Sontag”ın baş redaktoru oldum. Ondan 2 il 3 ay sonra isə “Bild”in baş redaktoru oldum.
Həyatımın ən böyük səhvi
- Şəxsi həyatınıza qarışırlarmı? Hansısa yanlış cəhdlərinizi tutmağa çalışırlarmı?
- Bir az əvvəl keçmiş sevgilimlə çəkilmiş fotolarım nəşr olundu. “Madam, o, insanların şəxsi həyatlarına toxunur, biz də onunkuna toxunaq” deyib keçmiş sevgilimlə öpüşəndə və qucaqlaşanda çəkdirdiyimiz şəkilləri çap ediblər. Keçmiş sevgilim, əvvəllər evdə birlikdə qaldığı yoldaşının həmin fotoları kiməsə satdığını düşünür...
- Yəni siz məşhur ulduzlar kimi diqqət mərkəzindəsiniz...
- Buna mane olmağa çalışıram. Amma “Bild”in Baş redaktorusansa, şəxsi həyatın-zadın qalmır. Məşhurluğun qarşısını ala bilmirsiniz...
- Deyək ki, xanımınızı aldatdınız, onlar da sizi “xəyanətüstü” tutublar. Bunu qəzetlərdə tirajlayarlarmı?
- Əlbəttə, heç bu fürsəti əldən verməzlər. Yaxşı ki həyat yoldaşımı çox sevirəm. Mən qəzetlərdən harda olduğum, nə iş gördüyüm barədə məlumat ala bilirəm. Misal üçün, dəmiryol vağzalında çəkilmiş bir fotomu dərc edirlər – qardaşımın balasını qarşılamağa getmişdim, biri şəklimi çəkir və haralarasa ötürür, onlar da bundan xəbər hazırlayırlar. Başqa bir qəzetdə isə qatarda kolleqalarımdan biri ilə elədiyim söhbətin stenoqramını oxuya bilirəm...
- İndiyə qədər sizi ən çox cinləndirən iftira hansı olub?
- Mənim cinsiyyət orqanımdan əməliyyat olunduğumu yazmışdılar. Özü də, sən demə, əməliyyat uğursuz alınıbmış...
- Ciddi deyirsiniz?!
- Yox, düz sözümdü. 60 min tirajı olan solçu bir qəzet yazmışdı...
- Yəqin, adınızı yazmazlar...
- Necə yəni “yazmayıblar”?! Açıq-aşkar adımı da yazdılar, soyadımı da! Bundan əvvəl də barəmdə çoxlu yalan xəbərlər yazmışdılar. Həmişə deyirdim ki, bircə dəfə bunlar əlimə düşəydilər. Vəkillərim bu dəfə onların səsini kəsməyin tam zamanı olduğunu deyirlər. “Maddi təzminat iddiası qaldırsaq, mütləq pullarını əllərindən alarıq” deyirlər. Məqsədim də mənə ödəyəcəkləri təzminatla onların qəzetlərinin önəmli bir hissəsini almaq idi. Çünki o qəzet solçuların layihəsi idi. İanələr hesabına yaşayırdı...
- Yəqin, hamı bu xəbərin yalan olduğunu bilirdi...
- Onu deyə bilmərəm. Xəbəri ciddi hazırlamışdılar. Guya Mayamidə ölü bir adamın penisi mənə qoyulub, amma işə yaramayıb! Elə bir dövranda yaşayırıq ki, sifət dəyişdirilir, penisin də dəyişdirilə biləcəyinə inanan axmaqlar tapılar. Amma onları məhkəməyə verməklə həyatımın ən böyük səhvini elədim.
- Niyə?
- Çünki istədikləri də bu idi. Prosesi Avropanın bütün qəzetləri yaxından izləyirdi. Elə bil ki karnaval-zad olurdu. Hamı lağa qoyurdu. Mən məhkəməyə getmədim. Amma səhəri gün qəzetlərdə şəklim vardı...
- Bəs siz bunu niyə əvvəldən təxmin edə bilmədiniz?
- Çünki vəkillərim məni səhv yola sürüklədilər. Onlar məhkəməni uduzmaq ehtimalımızın olmadığını dedilər. Doğrudur, uduzmadım, amma pul da ala bilmədim. Nəticə də bu oldu ki, istəmədən 60 minlik bir qəzeti müftə reklam elədim...
- Dayan görüm, niyə pul ala bilmədiniz ki?!
- Çünki hakim “Bild”in baş redaktorunun belə şok xəbərlərə hazırlıqlı olmalı olduğunu bildirdi və qərarını verdi...
- O nə deməkdi ki?!
- Yəni, mənim kimilər başqa bir insan növündən hesab olunurlar. Əslində onlar mənimlə yox “Bild”in baş redaktoru ilə dalaşırlar.
- O niyə?
- Çünki ən istəmədikləri şeyi elədim – “Bild”i siyasi bir qəzet elədim. Həm də çox təsirli bir siyasi qəzet elədim. Şröder (keçmiş Baş nazir) belə deyərdi: “Bu ölkəni istədiyim kimi idarə etmək üçün mənə 3 şey lazımdır: “Bild”, “Bild am Sontag” ve televiziya.” Əslində bir az şişirdirdi, bir ölkəni idarə etmək üçün daha çox şeyə ehtiyac var – belə düşündüyü üçün də getdi! Amma mənim “Bild”i siyasi bir qəzet eləməyim doğrudur. əvvəllər Almaniyada gündəmi təyin edən nəşr orqanı “Spiegel” jurnalı idi, indi isə “Bild”dir. Amma mən də pis intiqam aldım...
- Neylədiniz ki?!
- Adını çəkdiyim qəzet 25 yaşını qeyd etməyə hazırlaşdığı ərəfədə “Nifrət etməkdən həzz aldığımız düşmənlərimiz” adlı siyahı çap etdi. Oxucuların səsverməsi ilə siyahının ən təpəsinə çıxan adam 1 günlük qəzeti çıxarmalı idi. Taleyin işinə baxın ki, seçilən birinci mən oldum. Bir günlüyə düşmənlərimin qəzetinə getdim, hər şey tamamilə mənim nəzarətim altında idi. “Beləmi oldu!?” deyib ən nifrət etdikləri adam olan Helmut Köl ilə 2 səhifəlik müsahibə dərc etdim. Can verən solçuluqdan danışmışdıq. Manşetə də “Ad günü hədiyyəsi olaraq sizə kələm hədiyyə edirik!” yazdıq. “Kohl” (Köl) almanca həm də “kələm” mənasını verir. Çox maraqlı iş oldu. Tarixləri boyu ən yüksək tiraja çatmaları onları lap dəli eləmişdi.
- Bəs hakimə heç nə eləmədiniz?!
- Ay da, az qala onu deməyi unudurdum – hakimin də arxa səhifəyə “Günün axmağı” olaraq şəklini qoydum.
- “Hürriyet”lə ilk təmas necə oldu?
- "Çəkişməsən, bərkişməzsən" deyiblər. Bizdə də elə oldu. «Hürriyet»lə aramızda əvvəl bir anlaşılmazlıq oldu. Biz Vural Ögeri tənqid etdik. Buna cavab olaraq da Ərtoğrul Özkökün “Hürriyet”də "Bu cür nəşrlər türk-Alman dostluğunu zədələyə bilər" başlıqlı açıq məktubu çap olundu. Mən də cavab məktubu yazdım: "Buna səbəb olmağı heç istəmərik. Amma Avropa İttifaqına üzv olmaq istəyən ölkə tənqidlərə hazır olmalıdır..." Bu məktubu qəzetdə çap etdirmədim, əlimə alıb İstanbula gətirdim. Ərtoğrul Özköklə onda tanış oldum. Sonra Vuslat Doğanla və onun vasitəsilə də Doğan ailəsinin başqa üzvləri ilə. Məni “Çırağan” Otelindən gəmiylə mindirib Hanzade Doğanın evinə apardılar. Bütün gecəni Türkiyədən, siyasətdən danışdıq. Etiraf etməliyəm ki, təsirləndim, həm də lap çox təsirləndim. Sonuncu dəfə Türkiyəyə 88-ci ildə gəlmişdim. Təmiz başqa cür təsəvvürüm vardı. Amma artıq Aİ-yə üzv olması barəsində sizinlə eyni fikirdəyəm. Türkiyənin İslam ölkələri arasında yeganə demokratik ölkə olduğuna şübhə etmirəm. Məncə, Türkiyə imkan daxilində daha tez bir şəkildə Aİ-yə üzv olmalıdır. Əlbəttə, «Hürriyet»la qurduğum əlaqənin də bu məsələdə müstəsna rolu olub. ““Hürriyet”in İdarə Heyətinə üzv olarsanmı” deyə soruşdular. Mən də Almaniyada yaşayan 3 milyon türkü düşündüm. “Mənim üçün çox əhəmiyyətli bir kütlədir” dedim və əlavə etdim ki, məmnuniyyətlə qəbul edərəm.
Bayaq təsirləndiyimi söylədim. Ən çox Ərtoğrul Özkök mənə xitab edir. O, artıq jurnalistikada markaya çevrilib. Amma məni ən çox təəccübləndirən budur ki, bu qədər uzun müddət baş redaktor işləyən adamın necə olur ki, adi bir xəbəri eşidən kimi gözləri kəlləsinə çıxır? Xəbər eşidəndə 2 ilin jurnalisti kimi həyəcanlanır. Bəlkə də belə xəbəri ən azı 10 dəfə eşidib, amma yenə də elə reaksiya verir, elə bil birinci dəfədir. Həm də ki, o da işini görəndə əylənir. Bu baxımdan bir-birimizə oxşadığımızı düşünürəm.
İndi Ərtoğrul Özköklə yaxşı dostuq. Üstəlik həmrəyliyimiz də var. Məsələn, o, Putinlə əlaqə yaradıb Şrayderin övladlığa götürdüyü rus uşaqla bağlı məlumat əldə edir və o məlumatı bizimlə bölüşür. Biz də Kölün sevgilisi haqqında əldə etdiyimiz məlumatı ona ötürürük. Eyni vaxtda da çap olunuruq. Başqa sözlə, bir-birimizdən çox şey öyrənirik...
“Bild” tarixində ən böyük qazancını əldə etdi
- Bizim ölkədə baş redaktorlar sahibkar olmaqda ittiham edilirlər...
- “Büdcə - mənim xərclədiyimdir” dediyimiz günlər var idi. İndi o günlər keçmişdə qalıb. Baş redaktor kimi artıq “Media meneceri” olmaq lazımdır. Çünki pul qazana bilməsəniz, hər şey bir yana, azadlığınızı da əldən vermiş olarsınız. Mənim peşəkar olmağım zəruridir. Son 3 ildir “Bild” tarixinin ən böyük gəlirlərini əldə edir. Bunda mənim sahibkarlıq bacarığımın da rolu var...
- Siz orda Tanrısınızmı?
- Yox, əsla! Mükəmməl bir kollektivim var. Əvvəllər baş redaktor olmuş 7 nəfərlə birlikdə çalışıram…
- Demokratik rəhbərsiniz, yoxsa hər zaman son sözü deyən baş redaktor?
- İşçilərim otağımın divarına belə bir tablo asmışdılar - “Qəzetimdə hamı mənim istədiyim hər şeyi etməkdə azaddır”. Yəni vəziyyət belədir. Belə də olmalıdır. Çünki son anda hər şeyə görə mən cavab verməli oluram. Bu dəqiqə redaksiyada olmamağım heç nəyi dəyişdirmir, çünki yol verilən istənilən nöqsana görə mən cavab verirəm. Bunun da səbəbi sadədir – Patron mənəm!
- Türkiyədə köşə yazarları gündəmi təyin edirlər. Bəs sizdə?
- “Bild”də də elə yazarlar var. İkinci səhifəmizdə Frans Jozef Vaqner yazır. Almaniyanın ən məşhur baş redaktorlarından biri olub. Onun köşəsi “border line"dır. Yəni hər dəqiqə başıma böyük oyunlar aça biləcək qədər “cızığından çıxa bilir” demək istəyirəm. Amma elə müdhiş fikirləri var ki… Açığı, heç “qayçılamıram” da! Amma “görəsən bu gün yenə nə yazıb” deyə içim-içimi yeyir. İşin pis tərəfi də budur ki, ona bu köşə formatını mən özüm vermişəm…
- Nə formatdır ki elə?!
- Heç nə, hər gün bir nəfərə məktub yazır. Məsələn, məktub belə başlaya bilər: “Hörmətli Prezident!” və yaxud da “Cənab Baş nazir!” və s. Mükəmməl sarkastik dili var. Dəhşətli dərəcədə yaradıcı yazılar qələmə alır. Hər günorta bir jurnalistlə 1 saat gündəmlə bağlı söhbətləşir və axırda məktubu kimə yazacağına qərar verir. Mən əlbəttə ki, Mikki Mausa yazacağını eşidəndə çox rahat oluram. “Şükür, məhkəmələrə ayaq döyməyəcəyik” deyrəm. Amma adlı-sanlı bir nəfərə və yaxud da bir siyasətçiyə yazırsa, problemimiz bol olur…
Katya və mən
Həyat yoldaşım Katya Kessler əslində diş həkimidir. Amma ixtisası üzrə cəmisi 1 gün çalışıb. Diş həkimliyinin ona görə olmadığını dərk edib, xəstəxanadan qaçıb. Sonra da qəzetdə işləməyə qərar verib. O “Bild”də işləyəndə mən hələ baş redaktor deyildim. Fotoları birinci səhifəyə çıxan qızlara “ilişən” yazılar yazırdı. Yazıları Almaniyada kulta çevrilmişdi. Dili çox yaxşı bilir. Özündən sözlər yaradır. Mən ona qibtə ilə baxırdım, eyni zamanda da öz-özümə “bu qadın dəlidir, ondan uzaq durmaq lazımdır” deyirdim.
Bununla paralel olaraq da köşə yazırdı. Bir dəfə köşəsində adımı hallandırmış, amma səhv yazmışdı. Çox əsəbiləşdim, qəsdən edib-etmədiyini də bilmədim. Qonaqlıqların birində qarşılaşdıq və başladıq dava etməyə. “Səni bağışlamağım üçün məni arağa qonaq etməlisən” dedim. Sonra da araq içdik, danışdıq, yenə içdik, gülüşdük… Araq içib aşiq olduq.
Münasibətimizi 5 ay gizli saxladıq. Əlbəttə, bir gün ortaya çıxdı, biz də artıq gizlətməyə çalışmırdıq. Evləndik və “istehsal”ata başladıq. 4 ildə üç uşağımız öldu. Hədəfimiz dörddür. Katya işləməyə davam edirdi, o günlərdə 2 kitab yazdı. Hər ikisi də Almaniyada bestseller oldu. Bəzən evdə işləyir, hərdən də ofisə gedir. Bəzən də indi olduğu kimi, səyahətə çıxır. İndi özü Nyu Yorkdadır, amma çamodanları Hamburqdadır. “Bild”in baş redaktoru kimi məndən kömək istəyir, amma nə edəcəyimi bilmirəm…
Tərcümə: Vüqar QURDQANLI

1727 dəfə oxunub
Oxşar xəbərlər
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur
18:49
25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ
17:35
25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu
16:13
25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub
15:55
25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə
15:22
25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər
15:00
25 noyabr 2024