“CHARACTERS” müasir dramaturgiya festivalı Avropanın “EURODRAM” teatr tərcümə şəbəkəsi ilə əməkdaşlıq şəraitində dramaturgiya müsabiqəsi üçün Azərbaycan dilində pyeslərin qəbulu müddətini 2026-cı il fevralın 15-nə qədər uzadır.
Kulis.az xəbər verir ki, 2026-cı il Azərbaycan pyesləri müsabiqəsinə son beş ildə 18-50 yaş arası dramaturqların qələmə aldıqları əsərlər qəbul edilir.
Münsiflər heyətinə teatr alimləri İsrafil İsrafilov, Elçin Cəfərov və Aliyə Dadaşova, rejissorlar Mikayıl Mikayılov və Tural Mustafayev daxildirlər. Müsabiqənin üç qalibi martın 10-da - Milli Teatr Günündə elan ediləcək.
Qeyd edək ki, 2024-cü ildə “CHARACTERS” festival müsabiqəsinin qalibi Şəbnəm Xeyrullanın “Arqon” pyesi olub. Bu əsər sonradan ölkənin bir neçə teatrı tərəfindən səhnələşdirilib.